"MB məzənnə sabitliyinə müvəqqəti nail olub, inflyasiyanı cilovlaya bilməyib"
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!
“Mərkəzi Bankının uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərini dəyişməz saxlaması qərarı gözlənilirdi və indiki makroiqtisadi vəziyyətdə məcburi addım kimi qiymətləndirilməlidir”.
Bunu “Marja”ya iqtisadçı Samir Əliyev bildirib.
İqtisadçı hesab edir ki, mövcud kövrək və inzibati sabitlik fonunda uçot dərəcəsinin dəyişdirilməsi qeyri-sabitlik risklərini artıra bilər:
KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ
“Mərkəzi Bank müvəqqəti məzənnə sabitliyinə nail olsa da inflyasiyanı hələki cilovlaya bilməyib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin bahalaşması, idxal inflyasiyası ikirəqəmli inflyasiyanı dəstəkləməkdə davam edir. İlin sonuna doğru iqtisadiyyata yönəldilən büdcə vəsaitlərinin artımı, mövsümi amillər milli valyutaya və istehlak qiymətlərinə təzyiqi artıracaq. Belə vəziyyətdə Mərkəzi Bankın sərt pul-kredit siyasətini davam etdirməsi realdır. Böyük ehtimalla noyabrın 15-də də faiz dəhlizinin parametrləri, xüsusən də uçot dərəcəsi dəyişməz qalacaq”.
"BU SİYASƏT BANKLARI İQTİSADİYYATI MALİYYƏLƏŞDİRMƏKDƏN ÇƏKİNDİRİR"
Samir Əliyevin sözlərinə görə, depozit hərraclarında tələbin təklifi 4-5 dəfə üstələməsinə rəğmən faiz dəhlizinin aşağı həddinin dəyişilməməsi Mərkəzi Bank tərəfindən banklara verilən likvidlik kimi dəyərləndirilməlidir:
“Ancaq bu siyasət bankları ölkə iqtisadiyyatını maliyyələşdirməkdən çəkindirir və əllərindəki pul kütləsini depozit hərraclarına yönəltməsinə stimullaşdırır. Qiymət artımını şərtləndirən qeyri-monetar amillər aradan qalxmayınca Mərkəzi Bank sərt pul-kredit siyasətini davam etdirəcək”.

MƏRKƏZİ BANKIN FAİZ QƏRARI
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 18 sentyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdir.
Mərkəzi Bank bəyan edib ki, inflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili, hələ ki, pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
“Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır”,- Mərkəzi Bankın bəyanatında deyilir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 58 d. sonra
-
- 27 d. əvvəl
-
35 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ən çox oxunanlar
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb


























