Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
Bu ilin sonuna qədər Çin sərhədindən Xəzər dənizinə yüklərin çatdırılma müddəti 84 saatdan 55 saata endiriləcək.
Qazaxıstan hökumətinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Baş nazir Oljas Bektenov bu barədə Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən genişləndirilmiş hökumət iclasında bildirib.
“Bu il biz 475 kilometrlik iki dəmir yolu xəttinin tikintisini və 2900 kilometrlik yolun modernləşdirilməsini başa çatdıracağıq. Bu, tranzit daşımalarını 60% artıracaq və tranzit konteyner qatarlarının sürəti saatda 50 kilometrə çatacaq”, - deyə Bektenov vurğulayıb. Bundan başqa, 11 min kilometrlik yolda tikinti və yenidənqurma işləri də aparılacaq.
Oljas Bektenov qeyd edib ki, dəmir yolu infrastrukturunun yüksək dərəcədə aşınması tranzit potensialının dinamik inkişafına mane olan amillərdən biri olaraq qalır. Buna görə də, əsas dəmir yolu şəbəkəsinin modernləşdirilməsi üzrə kompleks proqramın həyata keçirilməsi hökumətin daimi nəzarəti altındadır.
Baş nazir bildirib: “Bu il Astana hava limanında ikinci uçuş-enmə zolağının tikintisinə başlayacağıq. İkinci uçuş-enmə zolağının istifadəyə verilməsi 20 ildən çoxdur ki, təmir işləri aparılmayan birinci zolaqda əsaslı rekonstruksiyaya başlamağa imkan verəcək. Bu, paytaxt hava limanının tutumunu dörd dəfə artıraraq 40 milyon sərnişinə çatdıracaq”.
Onun sözlərinə görə, Almatı hava limanının daxili terminalının yenidən qurulması bu ilin iyul ayında başa çatacaq. Onun sərnişin tutumu 14 milyondan 19 milyon nəfərə qədər artacaq.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
3 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir





















