"ƏDV geri al” layihəsi çərçivəsində 35 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb
2026-cı ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 34 milyon 926,2 min manat olub.
Bu barədə Marja.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-fevral aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 1 milyon 368,4 min manat təşkil edib.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 6,7 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb
Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 2026-cı ilin yanvar-fevral ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 20 d. əvvəl
-
22 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 32 d. əvvəl
-
49 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu






















