30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
Son bir ildə dünyanın ən gənc milyarderləri sırasına düşmək yolu böyük investisiya raundları, süni intellektin populyarlığının artması və, əlbəttə ki, miras amili sayəsində xeyli asanlaşıb. Forbes jurnalının dünyanın ən varlı insanları reytinqinin yeni siyahısında rekord qeydə alınıb — 35 nəfər 30 yaşına çatmadan milyardlıq sərvətə sahib olub. Bu, dünyadakı 3428 milyarderin cəmi 1%-ni təşkil etsə də, 2025-ci illə müqayisədə 0,4% artım deməkdir.
Onlar sərvətlərini müxtəlif sahələrdə — aptek şəbəkələrindən və santexnikadan tutmuş proqnoz bazarlarına və “vibe-kodinq”ə (süni intellekt dəstəyi ilə proqramlaşdırma yanaşması) qədər — qazanıblar. Reytinq iştirakçılarının əksəriyyəti var-dövləti miras yolu ilə əldə etsə də, bu il rekord sayda — 12 nəfər sərvətini öz gücü ilə qazanıb.
Dünyanın ən gənc "self-made" (uğuru xarici dəstək, miras və ya ayrıcalıq olmadan, tamamilə öz zəhməti, səyi və bacarığı ilə qazanmış şəxs) milyarderləri adını bu ilin reytinqinə yeni daxil olan Surya Midha, Brendan Foody və Adarsh Hiremath qazanıblar. Onlar rekruitinq sahəsində fəaliyyət göstərən süni intellekt startapı Mercor-un həmtəsisçiləridir. Hər üçünün yaşı 22-dir və hər birinin sərvəti 2,2 milyard dollar qiymətləndirilir — yəni yaşadıqları hər il üçün təxminən 100 milyon dollar.
Foody ötən il verdiyi müsahibədə demişdi: “Bu, sadəcə dəli bir şeydir. Hər şey qeyri-real görünür. Biz belə bir şeyi xəyal belə edə bilməzdik.” Dostlarından cəmi iki ay kiçik olan Midha isə dünyanın ən gənc self-made milyarderi titulunu qazanaraq, bu adı ötən il lider olan Alexandr Wang-dən alıb. Midha və tərəfdaşları, həmçinin Thiel Fellowship proqramının iştirakçıları olaraq, Mark Zuckerberg-in 23 yaşında debüt edərək qoyduğu rekordu da geridə qoyublar.
Bundan əlavə, dünyanın ən gənc "self-made" qadın milyarderi də müəyyənləşib — 29 yaşlı Luana Lopes Lara. Keçmiş balerina və Massachusetts Institute of Technology məzunu olan Lara proqnoz bazarları sahəsində fəaliyyət göstərən Kalshi şirkətinin həmtəsisçisidir. Braziliyalı Lara bu titulda Lucy Guo-nu geridə qoyub; Guo isə daha əvvəl bu adı Taylor Swift-dən almışdı.
Kalshi-nin digər həmtəsisçisi Tarek Mansour da bu il 30 yaşdan aşağı 17 yeni milyarder sırasına daxil olub. Bu 17 nəfərdən 12-si sərvətini özü qazanıb. Onların bir çoxu süni intellekt sahəsində fəaliyyət göstərir. Məsələn, 26 yaşlı isveçli Fabian Hedin “vibe-koding” startapı Lovable-un həmtəsisçisidir. Həmçinin Cursor layihəsinin qurucuları — Michael Truell (25), Aman Sanger (25) və Arvid Lunnemark (26) də bu siyahıdadır.
Reytinqdə yaş diapazonu 20 yaşlı milyarderlərdən 104 yaşlı sığorta maqnatınadək uzanır. 30 yaşdan aşağı 35 milyarder siyahıya daxil edilsə də, iştirakçıların 70%-i 50–70 yaş aralığındadır.
Dünyanın ən gənc milyarder qadını isə Amelie Voigt Trejes olub. Onun babası Werner Ricardo Voigt 1961-ci ildə Braziliyanın sənaye avadanlıqları istehsalçısı WEG şirkətinin həmtəsisçisi idi. 20 yaşında Ameli siyahının ən gənc üzvünə çevrilərək əkiz qardaşları Pedro və Felipe-ni, həmçinin alman farmasevtika imperiyasının varisi Johannes von Baumbach-ı geridə qoyub.
Digər diqqətçəkən gənc varislər arasında İtaliyanın EssilorLuxottica imperiyasının ən gənc varisi Clemente Del Vecchio (21) və Cənubi Koreya–Yaponiya mənşəli oyun şirkətində pay miras alan Kim Jung-youn (22) da var.
Ümumilikdə, 30 yaşdan aşağı 35 milyarderin 8-i ABŞ vətəndaşıdır, daha 3 nəfər isə (o cümlədən Luana Lopes Lara) hazırda bu ölkədə yaşayır. 13 milyarder Avropada, 6-sı isə Asiyada yaşayır. ABŞ-lıların hamısı sərvətini öz gücü ilə qazanıb, Avropalıların isə əksəriyyəti (Hedin və Lunnemark istisna olmaqla) miras yolu ilə milyarder olub.
Ümumilikdə, bu 35 gənc milyarderin sərvəti 92,4 milyard dollar təşkil edir. Bu, ötən ilin eyni kateqoriyadakı 35 nəfərinin ümumi sərvəti olan 152,3 milyard dollardan xeyli azdır. Həmin siyahıda Mark Mateschitz (32 yaş, 40,6 mlrd dollar) və John Collison (34 yaş, 10,1 mlrd dollar) da yer almışdı.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
32 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
52 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb

























