"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu üzrə baş verən zədələnmələr və Hörmüz boğazında yaranmış gərginlik Avropa qaz bazarında ciddi qiymət artımına səbəb ola bilər.
Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Agentliyin hesabatına görə, 19 mart tarixində "QatarEnergy"nin Ras Laffan LNG obyektində baş verən hadisə nəticəsində ölkənin qaz təchizatının təxminən 17%-i zədələnib və bərpa işləri 3–5 il çəkə bilər.
Qeyd edilib ki, xüsusilə Hörmüz boğazında uzunmüddətli pozuntu baş verərsə, bu, Avropa İttifaqına qaz tədarükünü azaldaraq yay mövsümündə LNG uğrunda rəqabəti gücləndirəcək. Nəticədə qaz qiymətləri hazırkı fyuçers səviyyələrini aşaraq 100 avro/meqavat-saat (MWh)-dan yuxarı qalxa bilər.
Hesabata əsasən, 2025-ci ildə Aİ Qətərdən təxminən 10 milyard kubmetr LNG idxal edib ki, bu da ümumi qaz idxalının 2%-ni təşkil edir. Buna baxmayaraq, qlobal LNG təklifində azalma Avropa bazarında qiymətlərə daha geniş təsir göstərə bilər.
Agentlik qeyd edir ki, hazırda Aİ-də qaz anbarlarının doluluq səviyyəsi uzunmüddətli orta göstəricidən aşağıdır və yay aylarında ehtiyatların zəif doldurulması qış mövsümü öncəsi əlavə risk yaradır.
Moody’s-ə görə, İtaliya və Belçika Qətər qazından daha çox asılı olduqları üçün potensial təchizat çatışmazlığından daha çox təsirlənə bilər. Almaniya və Fransanın birbaşa idxalı olmasa da, qiymət artımı bu ölkələrə də dolayı təsir edəcək.
Eyni zamanda, hesabatda vurğulanır ki, Avropada qaz tələbinin pandemiyadan əvvəlki səviyyədən aşağı qalması və bərpa olunan enerji mənbələrinin payının artması müəyyən qədər təzyiqi azalda bilər.
Bununla belə, qaz qiymətlərinin yüksəlməsi ən çox enerji tutumlu sənayelərə – kimya, metal və mədən sektorlarına mənfi təsir göstərəcək. Əksinə, LNG treyderləri və iri neft-qaz şirkətləri qiymət dəyişkənliyindən faydalana bilər.
Qeyd edək ki, Moody’s bu vəziyyəti qlobal LNG təklifinin azalması, Asiya ilə rəqabətin güclənməsi və Avropada aşağı qaz ehtiyatları fonunda qiymət şoku riski kimi qiymətləndirir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 19 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir




















