Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Bank Avrasiya" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 937 min manat xalis zərər ilə başa vurub.
Marja.az-ın məlumatına görə, Bank 2025-ci ilin ilk rübünü 1 milyon 977 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank Avrasiya"cari ilin ilk rübündə mənfəətdən zərərə keçib.
Xatırladaq ki, "Bank Avrasiya" 2025-ci ildə 5 milyon 81 min manat xalis mənfəət əldə etmişdi.
Bankın əməliyyat mənfəəti 2025-ci ilin ilk rübündə 1 milyon 389 min manat ikən, 2026-cı ilin ilk rübündə 1 milyon 232 min manat manata düşüb.
2026-cı ilin yanvar-mart dövründə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri (faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar nəzərə alınmaqla)) 4 milyon 793 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 561 min manat, əməliyyat mənfəəti 1 milyon 232 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 249 min manat ayırdığından ilk rübü 1 milyon 17 min manat zərər ilə başa vururb. Gözlənilməz fəaliyyət növlərindən gəlir ilə əlaqədar olaraq zərər 937 min manata düşüb. Xatırladaq ki, 2025-ci ilin ilk rübüdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 342 min manat mənfəətə əlavə edilmişdi.
"Bank Avrasiya"da mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın yaranması gecikən kreditlərin artdığına işarədir.
Banklarda “mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma” bankın gələcəkdə yarana biləcək kredit itkilərinə qarşı əvvəlcədən maliyyə vəsaiti ayırması deməkdir. Sadə dillə izah etsək: Bank kredit verir və ehtimal var ki, bəzi müştərilər krediti geri qaytarmaya bilər. Bu riski nəzərə alaraq bank əvvəlcədən müəyyən məbləği ehtiyat kimi kənara qoyur. Bu prosesə mümkün zərərlər üçün ehtiyatlara ayırma deyilir. Bank kredit portfelini qiymətləndirir, riskli kreditlər müəyyən edilir (məsələn, gecikən kreditlər) və həmin riskə uyğun olaraq bank müəyyən məbləği xərc kimi ayırır və ehtiyat yaradır.
BANK KİÇİLİB
2026-cı ilin 1-ci rübündə "Bank Avrasiya"nın cəmi aktivləri 562 min manat və ya 0,3% azalaraq 2025-ci ilin sonundakı 214 milyon 510 min manatdan 213 milyon 948 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 261 min manat və ya 3,1% azalaraq 132 milyon 878 min manata geriləyib.
KAPİTALI "ƏRİYİB"
31 Mart 2026-cı il tarixində "Bank Avrasiya" 87 milyon 542 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 88 milyon 471 min manat məcmu kapitala malik idi (929 min manat azalıb).
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 46 d. əvvəl
-
-
56 d. əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
11 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti




























