"MilliKart"ın təsisçilərinin sayı azalıb
Ləğvetmə prosesində olan “Debütbank” ASC-nin “MilliKart” MMC-dəki (prosessinq mərkəzi) 2,4%-lik iştirak payı satılıb. Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, payın nominal dəyəri 120 min manat olsa da, o, cəmi 20 min manata, yəni 6 dəfə ucuz “MilliKart”ın digər təsisçisi “Urbis Holding İnc.” şirkəti tərəfindən əldə edilib. Bu şirkət prosessinq mərkəzinin təsisçiləri sırasına ötən ilin avqust ayında, Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak payını almaqla qoşulub.
Xatırladaq ki, "Debütbank"ın lisenziyası 2010-ci ilin sonuna yaxın Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Azərbaycan qanunvericiliyinə görə, bağlanmış banklar digər hüquqi şəxslərin kapitalında iştirak payına malik ola bilməz. Odur ki, "Debütbank"ın ləğvedicisi olan şirkət onun "MilliKart"dakı payını satmağa qərar verib.
Son nəticədə prosessinq mərkəzinin səhmdarlarının sayı 19-dan 18-ə düşüb. Hazırda adı çəkilən xarici şirkətlə yanaşı, 17 yerli kommersiya bankı – "Dəmirbank", "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "AtaBank", "Unibank", "Amrahbank", "Azər-Türk Bank", "Rabitəbank", "Turanbank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Accessbank" QSC, eləcə də ləğvetmə prosesində olan "Parabank", "Texnikabank", "Kredobank" və "Zaminbank" ASC-lər, “Bank Standard” QSC “MilliKart”da pay sahibidir. Tezliklə bağlanmış 5 bankın da prosessinq mərkəzindəki təsisçiliyinə son qoyulacağı gözlənilir.
Onu da qeyd edək ki, nizamnamə kapitalı 5 mln. manat olan “MilliKart” 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
7 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
9 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 10 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
15 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
16 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























