CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxındır
CBS xəbər verir ki, ABŞ-ın İrana qarşı hücumlarının xərci ABŞ Müdafiə Nazirliyi rəsmilərinin 25 milyard dollar olduğunu iddia etməsinə baxmayaraq, əslində bu rəqəmin 50 milyard dollardır.Amerikanın media qurumu CBS-in mövzuya yaxın bir rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, ABŞ-ın İrana hücumlarının xərci ictimaiyyətə açıqlanan rəqəmdən demək olar ki, 2 dəfə çoxdur.
Rəsmi bildirib ki, Pentaqon rəsmiləri bu həftə ABŞ Konqresində verdikləri ifadələrdə əməliyyatın xərclərini təxminən 25 milyard dollar səviyyəsində açıqlasalar da, bu rəqəm reallığı əks etdirmir.
Rəsmi qeyd edib ki, Pentaqon rəsmilərinin açıqladığı rəqəmlərə zədələnən və ya itirilən avadanlıqların, eləcə də zərər görmüş ABŞ hərbi obyektlərinin xərclərini daxil edilməyib və real məbləğin təxminən 50 milyard dollar olduğu bildirilir.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ 28 fevralda İrana hərbi hücum başlatmışdır. İran isə İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə hücumlarla cavab vermişdir.
ABŞ–İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei də daxil olmaqla İranın çoxlu sayda yüksək vəzifəli şəxs həlak olub.
Hazırda atəşkəs dövrüdür, Tehran ilə Vaşinqton administrasiyaları arasında danışıqlar davam edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
4 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
6 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
11 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
13 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























