ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar dünya bazarlarında neft qiymətlərinin yüksək olması fonunda Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 9-10 %-ni təşkil edə bilər.
Niderlandın ən böyük bank qrupu olan "ING Group"a görə, xammal mallarının qiymətinin artması və portfel investisiyalarının əhəmiyyətli dərəcədə axını MDB-4 regionu ölkələrində (Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan) karbohidrogen ixracatçılarının xarici buferlərini gücləndirir və regional valyutaların məzənnələrini dəstəkləyir.
Yaxın Şərqdəki eskalasiya, o cümlədən Hörmüz boğazı ətrafında davam edən gərginlik və risklər xammal üzrə yüksək qiymətləri möhkəmləndirib. Mövcud vəziyyəti nəzərə alaraq ING 2026-cı il üçün neft qiymətləri üzrə proqnozunu 4 ABŞ dolları artıraraq bir barel üçün 93 ABŞ dollarına çatdırıb. Makroiqtisadi həssaslığa əsasən, Azərbaycan və Qazaxıstan əsas benefisiarlar olaraq qalır, Özbəkistan və Ermənistanda isə vəziyyət daha balanslaşdırılmış görünür.
"Neft qiymətlərinin yeni ssenarisində Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 9-10 %-ni, icmal büdcənin profisiti isə ÜDM-in 4 %-ni təşkil edə bilər", - hesabatda qeyd edilib.
ING-nin qiymətləndirmələrinə görə, qlobal iqtisadiyyatdakı vəziyyətlə əlaqədar olaraq MDB-4 ölkələri hazırda müəyyən inflyasiya təzyiqi ilə üzləşirlər.
Bununla yanaşı, inflyasiya təzyiqinin artması pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində proqnozlara yenidən baxılmasına gətirib çıxarır. Bildirilib ki, bu halın regionda iqtisadi fəallığa əhəmiyyətli dərəcədə təsir edəcəyi ehtimalı azdır.
Analitiklər vurğulayırlar ki, portfel investisiyalarının güclü axını MDB-4 valyutaları üçün əsas müsbət amildir.
"Biz ötən ayla müqayisədə MDB-4 ölkələrnin üzən valyutalarının qısa və ortamüddətli perspektivlərinə daha nikbin baxırıq. Lakin iqtisadiyyatların struktur transformasiyasında əldə olunan uğurlar təsdiqlənənə qədər uzunmüddətli baxışımızda ehtiyatlı qalırıq. Portfel axınlarından yüksək asılılıq "ikiuclu çomaq" ola bilər, çünki birbaşa xarici investisiyalar (BXİ) sahəsindəki strateji tərəfdaşlardan fərqli olaraq, maliyyə investorları asanlıqla çaxnaşmaya düşürlər", - ING ekspertləri hesab edirlər.
Analitiklərin fikrincə, idxal inflyasiyası (Avropa İttifaqı, Çin və digər tərəfdaşlarla əlaqələr vasitəsilə) ilə yanaşı, daxili amillər də Azərbaycan istisna olmaqla əksər iqtisadiyyatlarda təzyiqləri gücləndirir.
"Azərbaycan idxal inflyasiyası risklərinə məruz qalır ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-2027-ci illər üçün yenidən nəzərdən keçirilmiş inflyasiya proqnozunda öz əksini tapıb, lakin ÜDM-in artım templərinin yüksək olmaması səbəbindən zəif daxili təzyiq nümayiş etdirir. Bununla əlaqədar olaraq, 2026-2027-ci illər üçün MDB-4 ölkələrində inflyasiyanın artım istiqamətində yenidən nəzərdən keçirildiyini təsdiqləyirik", - ING ekspertləri vurğulayıblar.
Qeyd edək ki, qlobal enerji bazarlarındakı mövcud vəziyyəti nəzərə alaraq, AMB 2026-cı il üçün tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinə dair proqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 5,5 milyard ABŞ dollarına (may ayı qiymətləndirməsi) çatdırıb. AMB fevral ayında isə cari əməliyyatlar hesabının profisitini 2,8-3 milyard ABŞ dolları qiymətləndirmişdi.
Xatırladaq ki, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3,5 milyard ABŞ dolları və ya ÜDM-in 4,6 %-ni təşkil edib.
İş elanları AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
32 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
52 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb





















