“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
Saziş qarşılıqlı investisiyaları və beynəlxalq investisiyaların cəlb edilməsini nəzərdə tutur.Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası çərçivəsində “Sea Breeze” ilə “Baku White City” arasında qarşılıqlı investisiyalar, davamlı ekoloji inkişaf və beynəlxalq investisiyaların cəlb edilməsi haqqında Saziş imzalanıb.
Sazişi “Sea Breeze” irimiqyaslı kurort şəhərinin təsisçisi Emin Ağalarov və “Baku White City” layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıblar.
İrimiqyaslı “See Breeze” kurort şəhəri və “Baku White City” ekoloji şəhərsalma layihəsinin nailiyyətləri aparıcı ekspertlər tərəfindən Azərbaycanın paytaxtında keçirilən mötəbər qlobal tədbirdə şəhərlərin davamlı inkişafının nümunəsi kimi tanınıb.
Xəzər dənizinin sahilində həyata keçirilən “Sea Breeze” layihəsi “şəhərdə şəhər” konsepsiyası əsasında genişmiqyaslı şəhər inkişafı modeli kimi formalaşır. İlkin mərhələdə Xəzər sahili boyunca uzunluğu 7 kilometrdən başlayan layihə ümumilikdə 22-23 kilometr sahil zolağını əhatə edəcək. Layihə çərçivəsində yaşayış binaları, hotellər, ticarət obyektləri və müxtəlif infrastrukturların daxil olacağı 30 milyon kvadratmetrdən çox tikinti sahəsinin yaradılması planlaşdırılır. 2018-ci ildən sonra hotellər və yaşayış binaları üçün idarəetmə modeli tətbiq olundu. Bu sistem investorlar üçün böyük rahatlıq yaradır, çünki daşınmaz əmlakın idarə edilməsi, icarəyə verilməsi və satışı peşəkar səviyyədə həyata keçirilir. “Sea Breeze” daxilində süni yarımadalar və genişmiqyaslı zonalar yaradılır.
Planlaşdırılan 200 hektarlıq yeni “Fire Island” adlı süni adanın ərazisində yaşayış, ticarət və hotel infrastrukturu yaradılacaq və kompleks şəhər konsepsiyasının bir hissəsi olacaq. Yaşıllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir və artıq 11 milyondan çox bitki əkilib. Layihəni idarə etmək üçün rəqəmsal 3D modelləşdirmə və simulyasiya sistemlərindən istifadə olunur.
Qara şəhərin ağır çirklənmiş sənaye ərazisinin ekoloji cəhətdən təmiz, dayanıqlı, rahat şəhər mühitinə çevrilməsi məqsədilə “Baku White City” layihəsinə Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində başlanılıb.
Qara şəhərin şanlı neft keçmişinin nəticəsi ekoloji fəlakət idi, bunun aradan qaldırılması üçün genişmiqyaslı təmizlənməyə başlandı və Qara şəhər müasir şəhərsalma və şəhər mühitinin yenilənməsi nümunəsi olaraq Ağ şəhərə çevrilmə şansını qazandı.
Şəhər mühitinin ekoloji və iqlim problemlərinə uyğunlaşmasının simvoluna çevrilən Ağ şəhər 280 min nəfərə qədər gözlənilən əhalisi ilə 1650 hektar ərazidə planlaşdırılıb. Layihə üzərində azərbaycanlı mütəxəssislər və tanınmış “Atkins” mühəndislik, memarlıq və konsaltinq şirkəti, məşhur memar Norman Fosterin Bürosu, Amerikanın “F+A Architects” şirkəti və digər şirkətlərdən olan həmkarları birgə çalışıblar.
İmzalanma mərasimindən sonra keçirilən birgə brifinqdə çıxış edən Emin Ağalarov WUF13-ün Azərbaycanda keçirilməsinin böyük beynəlxalq səviyyəli tədbir olduğunu və ölkənin yüksək təşkilatçılıq bacarıqlarını nümayiş etdirdiyini qeyd edib. O, həmçinin “Sea Breeze” ilə “Baku White City” arasında əməkdaşlığın başlandığını elan edib.
Ruslan Sadıxov öz növbəsində imzalanmış sazişin ölkənin iki ən böyük inkişaf layihəsini birləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlıq davamlı inkişafın təmin edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, ən yaxşı beynəlxalq təcrübələrin və müasir yanaşmaların layihələrin icrasına və baş planlara inteqrasiyasına yönəlib.
O, həmçinin WUF13-ün Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsindəki nailiyyətlərini nümayiş etdirmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini və beynəlxalq iştirakçıların ciddi marağına səbəb olduğunu qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
9 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 17 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”






















