Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb/ 2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard ABŞ dolları həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir.İllik 2 milyon ton istehsal gücünə malik isti breketlənmiş dəmir (İBD) zavodu layihəsi üzrə mühüm mərhələlərdən biri uğurla başa çatıb. “Azerbaijan Metal Company” MMC (AzMC) tərəfindən reallaşdırılanzavod layihəsiüzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanmasıyekunlaşdırılıb.
Bu barədə Marja-ya "AzerGold" şirkətindən bildirilib.
Qeyd edilib ki, “AzMC” şirkəti İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarının təşkili məqsədilə ötən il “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilib.
İyunun 4-də Bakıda baş tutan tədbirdə TİƏ nəticələrinin təqdimatı keçirilib, eyni zamanda layihənin növbəti mərhələlərini əhatə edəcək sənədlər də imzalanıb. Tədbirdə “AzMC” ilə yanaşı, “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC, Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd.” şirkəti və “Sinosure” İxrac Kredit Agentliyi, İtaliyanın “Tenova” şirkəti və “SACE” İxrac Kredit Agentliyi, həmçinin Niderlandın “ING Bank”ının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Tədbir zamanı qeyd edilib ki, ötən ilin noyabr ayında Pekində imzalanmış müqaviləyə əsasən “Sinosteel” şirkəti tərəfindən hazırlanmış bank təyinatlı TİƏ sənədi layihənin texniki və iqtisadi baxımdan səmərəli olduğunu təsdiqləyib. Sənədə əsasən, zavodun ümumi kapital xərcləri təqribən 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard ABŞ dolları həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir. Zavodun Qərb Sənaye Parkının Şəmkir rayonuna aid hissəsində inşası nəzərdə tutulub. Layihə dövlət tərəfindən təqdim olunan vergi, gömrük, logistika üzrə güzəştlər, eləcə də güzəştli qaz tarifləri kimi təşviq mexanizmlərindən faydalanacaq.
Müəssisədə ənənəvi istehsal üsulları ilə müqayisədə daha az enerji sərfiyyatı və əhəmiyyətli dərəcədə aşağı karbon emissiyası ilə seçilən və ən sərfəli kommersiya təklifi ilə fərqlənən İtaliyanın “Tenova” şirkətinin ENERGIRON® Zero-Reformer (ZR) texnologiyası tətbiq olunacaq.
Bank təyinatlı TİƏ sənədinin hazırlanması layihənin növbəti inkişaf mərhələsinə keçid imkanını yaradıb. Belə ki, tədbir çərçivəsində “AzMC” ilə “Sinosteel” şirkətləri arasında İlkin Mühəndislik (Basic Engineering) müqaviləsi imzalanıb və bununla layihənin növbəti icra mərhələsinə keçidi rəsmiləşdirilib. Müqavilə “AzMC”-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Növbəti mərhələdə mühəndislik, satınalma və tikinti (EPC) işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin beynəlxalq kredit resursları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da səhmlərinin 50 faizi Azərbaycan tərəfinə məxsus olan “AzMC”-nin kapital xərclərinin optimallaşdırılmasına, birbaşa maliyyə yükünün minimuma endirilməsinə xidmət edir. Bu məqsədlə Çinin“Sinosure”, İtaliyanın “SACE” İxrac Kredit Agentlikləri layihə üzrə maliyyələşməni dəstəkləyən sığorta və zəmanət təminatçıları, “ING Bank” isə prosesin qlobal koordinatoru təyin edilib. Dünyanın ən böyük beynəlxalq maliyyə qruplarından birinə daxil olan “ING Bank” “AzMC” ilə birlikdə ixrac kredit agentlikləri vasitəsilə maliyyələşmənin koordinasiyasını həyata keçirəcək. Bu razılaşma tədbir çərçivəsində “AzMC”nin baş direktoru Ceyhun Əliyev və “ING Bank”ın metallurgiya, dağ-mədən və kimya sənayesi üzrə istiqamət rəhbəri, polad sektorunun qlobal rəhbəri Erik van Doezum arasında imzalanmış müvafiq sazişlə rəsmiləşdirilib.
Xatırladaq ki, Daşkəsən rayonunda yerləşən eyniadlı yataqda mövcud dəmir filizlərinin daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan təhlillər nəticəsində iqtisadi və texnoloji baxımdan ən səmərəli həll kimi dəmir filizindən metallurji xammalın istehsalına qədər üç komponentli istehsal zənciri müəyyən edilib. Bu zəncir 67%-dən yüksək dəmir tərkibli konsentrat, pellet və İBD istehsalını əhatə edir. Daşkəsən rayonunda tikintisi planlaşdırılan zənginləşdirmə zavodunda istehsal ediləcək yüksək tərkibli dəmir konsentratının Şəmkir rayonunun inzibati ərazisində inşa ediləcək pellet zavoduna daşınmasını təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri inşa olunacaq.
Layihənin filiz hasilatı, zənginləşdirmə zavodu, şlam boru kəməri və pellet istehsalını əhatə edən komponentlərinin “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə xarici məsləhətçinin cəlb edilməsi ilə bank təyinatlı TİƏ sənədinin hazırlanması üzrə işlər davam edir.
İBD zavodu istehsal zəncirinin miqyas etibarilə ən böyük, eyni zamanda ən çox investisiya və icra müddəti tələb edən komponentidir. Bu səbəbdən strateji prioritet kimi həmin mərhələnin icrasına indidən başlanılıb.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
9 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 17 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”

























