Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-2.2-ci maddəsinə əsasən, araq istehsalında xammal kimi istifadə olunan spirtin alışı qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Bu tələbin pozulması qida obyektinin qeydiyyat və ya təsdiqinin ləğvi üçün əsas hesab olunur.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən “Abşeron Şərab 1” MMC-də yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehsal prosesində istifadə olunan içməli spirtin alış sənədlərinin mövcud olmadığı müəyyən edilib.
Aşkar edilmiş qanun pozuntusu ilə bağlı daxil olan müraciət əsasında, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Qərarla bağlı sahibkarlıq subyekti və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
21 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
25 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 26 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər






















