"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
2025-ci ildə Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrdən daxil olan dividendlər üzrə proqnoz göstəriciləri artıqlaması ilə icra olunub, aparılan təhlillər bu sahədə daha yüksək potensialın mövcud olduğunu aşkara çıxarıb.
Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, 2025-ci il dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən dividend daxilolmaları 612,2 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bunun 150 milyon manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB), 462 milyon manatı isə dövlət qeyri-maliyyə təşkilatlarının payına düşür.
Hesabat dövründə daxilolmalar 636,6 milyon manat olmuşdur ki, bu da proqnoza nisbətən 24,6 milyon manat və yaxud 4 % artım deməkdir. Xüsusilə, ABB üzrə dividend ödənişi 175,1 milyon manat olub ki, bu da proqnozdan 16,6 % artıqdır. "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı və "Azər-Türk Bank" ASC son illəri mənfəətlə tamamlamalarına baxmayaraq, dövlət büdcəsinə dividend ödənişi həyata keçirməyiblər. 2025-ci ildə dövlət qeyri-maliyyə təşkilatları tərəfindən dövlət büdcəsinə ödənilən dividendlər yalnız Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əhatə etməklə 461,5 milyon manat təşkil edib.
Təhlil göstərir ki, səhmlərində dövlətin payı olan müəssisələrdən və dövlət qeyri-maliyyə təşkilatlarından dividendlərin alınmasının aidiyyəti qurumlar tərəfindən planlaşdırılması və təmin edilməsi imkanları mövcuddur.
Ölkə Prezidentinin 29 dekabr 2025-ci il tarixli fərmanı ilə "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə, dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar" təsdiq edilib. Qaydalarda dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlaşdırılması, xalis mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi prosedur və meyarları dəqiqləşdirilərək müvafiq sahədə hesabatlılıq və nəzarət təsbit edilib.
Palatanın əvvəlki rəylərində dövlət mülkiyyətindəki müəssisələrin sağlamlaşdırma tədbirlərinin ilkin mərhələsindən sonra ili mənfəətlə başa vuran müəssisələr üçün dövlət büdcəsinə dividend ödənişlərinə dair meyarların müəyyən olunması tövsiyə edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
7 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
11 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər


























