“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
Marja.az xəbər verir ki, 500 Mbit/s internet 40 manata, 1000 Mbit/s internet 49 manata təklif olunur. Bu tariflərə stasionar telefon. TV, Statik IP əlavə olunmsı ilə qiymətlər 60 manata qədər yüksəlir. Tariflər ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Qeyd edilib ki, yeni tariflər istifadəçilərə müasir rəqəmsal tələblərə cavab verən daha yüksək sürət, stabil bağlantı və geniş istifadə imkanları təklif edir. Bu tariflərin tətbiqi, xüsusilə video və yayım platformalarından istifadə, onlayn oyunlar, məsafədən iş və təhsil, eləcə də eyni anda çoxsaylı cihazların şəbəkəyə qoşulması kimi gündəlik rəqəmsal ehtiyacların daha keyfiyyətli şəkildə qarşılanması məqsədi daşıyır.
"Yeni 500 Mbit/s və 1000 Mbit/s sürətli tariflərin istifadəyə verilməsi ölkədə yüksəksürətli internet xidmətlərinin inkişafına töhfə verməklə yanaşı, həm fərdi istifadəçilər, həm də biznes üçün daha geniş imkanlar yaradır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir", - “Aztelekom"-dan bildirilib.
Qeyd edilib ki, “Aztelekom” son illərdə ölkənin genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirib. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində şirkət ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Nəticə etibarilə fiber-optik internetin əhatə səviyyəsi təxminən 13 dəfə artaraq ölkə əhalisinin, demək olar ki, 100 faizinə yaxınlaşıb. Eyni zamanda 3 milyondan çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli fiber-şəbəkə ilə əhatə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 26 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Ən çox oxunanlar
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı



























