Bir neçə elektrik stansiyasının özəlləşdirilməsi nəzərdən keçirilir
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" prezidentin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrinin icrasının təmin edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsisədrinin 23 dekabr 2016-cı il tarixli 219 nömrəli əmri ilə müvafiq komissiya yaradılıb və komissiyaya komitənin icraçı olduğu tədbirlər üzrə Tədbirlər Planının hazırlanması həvalə edilib.
Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Sənəddə deyilir ki, komissiya tərəfindən hazırlanmış təkliflər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 17 fevral 2017-ci il tarixli 36 nömrəli əmri ilə komitənin əsas icraçı olduğu hər bir istiqamət üzrə işçi qruplar yaradılmış (cəmi 11 işçi qrup), digər icraçı olduğu tədbirlər üzrə nümayəndələr müəyyən edilərək, aidiyyəti dövlət qurumlarına məlumatlar verilib.
İşçi qruplardan biri də "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı hissəsində əksini tapmış "Elektrik stansiyalarının özəlləşdirmə imkanlarının nəzərdən keçirilməsi" adlı 3.1.2-ci yarımbəndin icrasının tənzimlənməsi məqsədi ilə yaradılıb. 9 nəfərdən ibarət işçi qrupun tərkibinə Komitənin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və "Azərenerji" ASC-nin də nümayəndələri daxil edilib.
Cari ilin may ayında işçi qrupun ilk iclası keçirilib, iclasda tədbirin icrası ilə bağlı qrup üzvləri arasında fikir mübadiləsi aparılıb, qrupun 2017-ci il üçün iş proqramı qəbul edilib, gələcək yanaşma və addımlar müzakirə olunub. İşçi qrup üzvlərinin yekdil rəyinə əsasən, elektrik stansiyalarının özəlləşdirmə imkanlarının nəzərdən keçirilməsi sahəsində pilot layihə kimi 1-2 elektrik stansiyası seçilməli, onların dövlətsizləşdirmə və restrukturizasiya strategiyası müəyyən edilməli, sonradan isə Komitə tərəfindən konkret tədbirlərin icrasına başlanılmalıdır. Öz növbəsində bu işlərin görülməsi məqsədi ilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətin imkanlarından istifadə olunmalıdır.
Qeyd etmək lazımdır ki, Maliyyə Nazirliyinin məlumatına əsasən Asiya İnkişaf Bankının dəstəyi ilə "Enerji sektorunda özəl sektorun iştirakı üçün əlverişli mühitin formalaşdırılması üzrə texniki yardım proqramı" reallaşdırılmaqdadır və bu məqsədlə "PPA Energy" məsləhətçi şirkəti tərəfindən artıq birinci mərhələ üzrə işlər yekunlaşdırılıb. Hazırda məsləhətçi şirkət tərəfindən ikinci mərhələnin icrasına başlanılması üçün Azərbaycan hökumətindən elektrik enerjisi sektorunda pilot layihənin (yeni elektrik stansiyasının tikintisi üçün investorların cəlb edilməsi, mövcud elektrik stansiyalarından birinin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi və s.) seçilməsi xahiş edilib.
Bununla bağlı, Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən yanaşmanı dəstəkləyib və bu məqsədlə aidiyyəti dövlət qurumlarının və "PPA Energy" məsləhətçi şirkətinin nümayəndələrinin iştirakı ilə işçi qrup, pilot layihə müəyyən edildikdən sonra isə Layihə İdarəetmə Qrupunun yaradılmasını Nazirlər Kabinetinə təklif edib.
Layihə İdarəetmə Qrupu tərəfindən hazırlanacaq dövlətsizləşdirmə strategiyasına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi seçilmiş stansiya və ya stansiyaların açıq səhmdar cəmiyyətinə çevrilməsi və onların səhmlərinin satışı və ya idarəetməyə verilməsi tədbirlərinin icrasını təmin edəcək.
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























