“Nar” yeni tarifini təqdim edib
“Nar” yeni “3-ü 1-də aylıq” tarifini təqdim edib.
Belə ki, tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən, ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər. Tarifə qoşulmuş abunəçinin balansından 9 AZN çıxılır və təqdim olunmuş dəqiqə, SMS və internet trafiki bitdikdən sonra, 1 ölkədaxili zəngin dəqiqəsi 5 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 5 qəpik təşkil edir.
Qeyd edək ki, “3-ü 1-də aylıq” tarifi çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 30 gündür. Bu müddət bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda, bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda isə, tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 29 qəpik təşkil edir.
“3-ü 1-də aylıq” tarifinə qoşulmaq üçün “3in1” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#61#YES şifrəsini yığmaq kifayətdir.
“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 10 d. əvvəl
-
15 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
19 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
22 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
32 d. əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
52 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 55 d. əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib























