Dünya Bankı növbəti iki ildə Azərbaycanda iqtisadi artım proqnozlaşdırır
2017-ci ildə Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatı 2,2% böyüyəcək.
Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir.
May ayında dərc olunan sənəddə iqtisadi artım tempi ilə bağlı proqnoz 1,9% səviyyəsində olub.
"Regionun təxminən bütün ölkələrində sürətli, əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə olunmaqdadır. Buna səbəb son aylarda istehsalın və ixracın artmasıdır. Regionun ixracının orta həcmi qlobal orta göstəricidən çoxdur. Rusiya və Belarus resessiyadan çıxıb. Yalnız neftin kəskin ucuzlaşmasından əziyyət çəkən Azərbaycanda bu il iqtisadi geriləmə proqnozlaşdırılır. Regionun iqtisadi artımı ilə bağlı proqnozun yüksəlməsi işsizliyin kəskin azalması, inflyasiyanın normallaşması, büdcə kəsirinin azalması ilə əlaqədardır", - deyə sənədin müəllifləri bildirib.
DB qeyd edir ki, cari ilin ilk yarısında Azərbaycanın ÜDM-i 1,3% azalıb: "Bunun əsas səbəbi neft ÜDM-nin ciddi azalmasıdır. Bildiyimiz kimi, Azərbaycan neft hasilatının azaldılmasına dair OPEC çərçivəsində əldə olunmuş razılaşmaya qoşulub. Ölkənin bank sektorunda böhranın davam etməsinə baxmayaraq, qeyri-neft sektoru 1,7% artıb. Burada kənd təsərrüfatı və emal sektorlarının rolu böyükdür. Ölkədə illik inflyasiya 13,9% səviyyəsində olub. İnflyasiyanın sürətlənməsi elektrik enerjisi, su və qaz tariflərinin artırılması ilə əlaqədardır. Bu amil ölkədə qiymət artımına səbəb olub. İnflyasiyanın sürətlənməsini nəzərə alan Azərbaycan Mərkəzi Bankı (AMB) sərt pul-kredit siyasətinin yürüdülməsini davam etdirib. Cari ilin birinci yarısında ixracın artması və idxalın azalması tədiyyə balansında ÜDM-in 4,4%-nə bərabər olan müsbət saldonun yaranmasına səbəb olub. Neft hasilatının kəskin azalmasına baxmayaraq, rəsmi statistikaya əsasən, neft ixracının həcmi 42%, qeyri-neft məhsullarının ixracı isə 11% artıb. Bu il manat dollara nisbətən 4,4% bahalaşıb".
Bankirlər qeyd edir ki, maliyyə sektorundakı problemlər ölkə iqtisadiyyatına neqativ təsir edir: "Cari ilin ilk yarısında kredit qoyuluşları 15,6% azalıb, bankların aktivlərinin keyfiyyəti isə pisləşməkdə davam edir. Hazırda problemli kreditlərin ümumi portfeldə payı 13%-ə çatıb ki, ötən ilin sonuna bu göstərici 9% idi. Cari ilin ikinci rübündə banklara manatla yerləşdirilən əmanətlərin həcmi artdığı halda, ümumilikdə 7 ay ərzində depozit portfeli 4,4% azalıb".
Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyasına toxunan DB qeyd edib ki, proses nəticəsində ilin sonuna Azərbaycanın dövlət borcu ÜDM-in 6%-i həcmində artacaq.
DB-nin proqnozuna əsasən, neftin bahalaşmasına baxmayaraq, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% azalacaq. Bankın proqnozu göstərir ki, cari ildə qeyri-neft sektoru sürətli inkişafını davam etdirəcək, neft hasilatı isə azalacaq.
"İnflyasiya təzyiqi, böyük ehtimalla, qorunacaq", - deyə sənəddə qeyd edilib.
Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanın ÜDM-i 0,9%-lik artım nümayiş etdirəcək. Bunun əsas səbəbi kimi "Şahdəniz-2" layihəsinin işə düşməsi göstərilir.
DB 2019-ci ildə Azərbaycanda 1,5%-lik iqtisadi artım proqnozlaşdırır.
Bundan başqa, bankın ehtimalına görə, bu il ölkədə inflyasiya 11,2, növbəti iki ildə isə müvafiq olaraq 5% və 4,9% təşkil edəcək.
© APA
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
19 d. əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 24 d. əvvəl
-
44 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 52 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
2 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Ən çox oxunanlar
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”





















