Foto və kino mallarına yeni rüsumlar tətbiq ediləcək
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən foto və kino mallarına yeni gömrük rüsumları tətbiq ediləcək.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, kağızdan, kartondan və ya tekstil materiallardan başqa istənilən materiallardan hazırlanmış yastı fotoplastinkalar və fotolentlər, sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, bağlamada və ya bağlamasız ani fotoqrafiya üçün yastı lentlərə (ani fotoqrafiya üçün, digər plastinkalar və plyonkalar, tərəflərin hər birinin uzunluğu 255 mm-dən çox olan) 15 faiz idxal gömrük rüsumu tətbiq edilir. Sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, kağızdan, kartondan və ya tekstil materiallardan başqa istənilən materiallardan hazırlanmış, rulonlarda fotolent, sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş rulonlarda ani fotoqrafiya üçün lentlərindən rentgen üçün olanlar idxal gömrük rüsumundan azaddır. Eni 105 mm-dən çox olmayan digər perforasiya edilməmiş lentə (rəngli neqativ lent, ani fotoqrafiya kasetlərinin istehsalı üçün, eni 75 mm və ya daha çox, lakin 105 mm-dən çox olmayan və uzunluğu 100 m və ya daha çox olan), gümüş hallogenidindən emulsiya ilə eni 35 mm-dən çox olan və olmayan- mikrolent; bədii fotoqrafiya üçün lent, perforasiya edilməmiş, eni 105 mm-dən çox olan digər lent (eni 610 mm-dən və uzunluğu 200 m-dən çox olan rəngli fotoqrafiya üçün, rəngli fotoqrafiya üçün lentlərdən başqa, eni 610 mm-dən və uzunluğu 200 m-dən çox olan, eni 610 mm-dən çox olan və uzunluğu 200 m-dən çox olmayan, eni 105 mm-dən çox olan, lakin 610 mm-dən çox olmayan) və rəngli fotoqrafiya üçün (çoxrənfli) digər lentlərə (eni 16 mm-dən çox olmayan, eni 16 mm-dən çox olan, lakin 35 mm-dən çox olmayan və uzunluğu 30 m-dən çox olmayan, diapozitivlər üçün nəzərdə tutulmuş, diapozitivlər üçün lentlərdən başqa, eni 16 mm-dən çox olan, lakin 35 mm-dən çox olmayan və uzunluğu 30 m-dən çox olmayan və eni 35 mm-dən çox olan) 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
Sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş fotoqrafiya kağızı, kartonu və tekstil materialları (eni 610 mm-dən çox olan rulonlarda, rəngli fotoqrafiya üçün), ekspozisiyaya verilmiş, lakinaydınlaşdırılmamış fotoqrafiya plastinkaları,lent, kağız, karton və tekstil materialları ( plastinkalar və lent, digərləri), kinoplyonkadan başqa, ekspozisiyaya verilmiş və aydınlaşdırılmış fotoplastinkalar və fotolent (ofset əksetdirmə üçün, mikrolentlər, digərləri), ekspozisiyaya verilmiş və aydınlaşdırılmış, səs cığırı ilə və ya səs cığırı olmayan və ya yalnız səs cığırı olan kinolent ( eni 35 mm və ya daha çox olan, yalnız səs cığırından ibarət olan; neqativ; orta pozitiv; xronikal filmlər, digər pozitiv, yalnız səs cığırından ibarət olan neqativ, orta pozitiv, xronikal filmlər), fotoximikatlar (laklardan, yapışqanlardan, adqezivlərdən və analoji preparatlardan başqa ölçülmüş dozalarda və ya pərakəndə satış üçün istifadəyə hazır şəkildə qablaşdırılmış, fotoqrafiya məqsədləri üçün istifadə edilən qarışdırılmamış məhsullar, həssas emulsiyalar da 15 faiz idxal gömrük rüsumuna cəlb edilib.
Gələn il yanvarın 1-dən isə sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, kağızdan, kartondan və ya tekstil materiallardan başqa istənilən materiallardan hazırlanmış yastı fotoplastinkalar və fotolentlər, sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, bağlamada və ya bağlamasız ani fotoqrafiya üçün yastı lentlər qrupunda ani fotoqrafiya üçün olanların bir ədədi 15 dollar, digər plastinkalar və plyonkalar, tərəflərin hər birinin uzunluğu 255 mm-dən çox olanların 1 kvadratmetri 15 dollar gömrük idxal rüsumuna cəlb olunacaq. Sensibilizasiya olunmuş, ekspozisiyaya verilməmiş, kağızdan, kartondan və ya tekstil materiallardan başqa istənilən materiallardan hazırlanmış, rulonlarda fotolent rentgen üçün idxal olunan zaman yenə idxal gömrük rüsumundan azaddır. Bu qrupda eni 105 mm-dən çox olmayan digər perforasiya edilməmiş lentin (rəngli neqativ lent, ani fotoqrafiya kasetlərinin istehsalı üçün, eni 75 mm və ya daha çox, lakin 105 mm-dən çox olmayan və uzunluğu 100 m və ya daha çox olan) 1 ədədinin 1 metri üçün 5 dollar idxal gömrük rüsumu alınacaq. Gümüş hallogenidindən emulsiya ilə eni 35 mm-dən çox olan və olmayan mikrolent, bədii fotoqrafiya üçün lentin 1 kvadratmetri üçün 5 dollar, bu qrupdakı digər lentlərin 1 kvadratmetri üçün 15 dollar idxal gömrük rüsumu tələb ediləcək. Perforasiya edilməmiş, eni 105 mm-dən çox olan digər lentdən eni 610 mm-dən və uzunluğu 200 m-dən çox olan rəngli fotoqrafiya üçün (çoxrəngli) və eni 610 mm-dən və uzunluğu 200 m-dən çox olan lentlərin (rəngli fotoqrafiya üçün lentlərdən başqa) 1 kvadratmetri üçün 5 dollar, eni 610 mm-dən çox olan və uzunluğu 200 m-dən çox olmayan və eni 105 mm-dən çox olan, lakin 610 mmdən çox olmayan lentlərin 1 kvadratmetriüçün 15 dollar idxal gömrük rüsumu müəyyənləşdirilib.
Gələn ildən rəngli fotoqrafiya üçün (çoxrənfli) digər lentlərdən eni 16 mm-dən çox olmayan və eni 16 mm-dən çox olan, lakin 35 mm-dən çox olmayan və uzunluğu 30 m-dən çox olmayan, diapozitivlər üçün nəzərdə tutulmuşların 1 ədədinin 1 metri üçün 5 dollar tətbiq olunacaq. Diapozitivlər üçün lentlərdən başqa, eni 16 mm-dən çox olan, lakin 35 mm-dən çox olmayan və uzunluğu 30 m-dən çox olmayan və eni 35 mm-dən çox olan lentlərin 1 ədədinin 1 metri üçün 5 dollar idxal gömrük rüsumu alınacaq. Sensibilizasiya olunmuş, ekspozisiyayaverilməmiş fotoqrafiya kağızı, kartonu və tekstil materiallarından eni 610 mm-dən çox olan rulonlarda, rəngli fotoqrafiya üçün (çoxrəngli) 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb. Ekspozisiyaya verilmiş, lakinaydınlaşdırılmamış fotoqrafiya plastinkaları,lent, kağız, karton və tekstil materiallarından plastinkalar və lentlər üçün 5 faiz idxal gömrük rüsumu alınacaq. Bu qrupdakı digər mallar üçün 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb.
Kinoplyonkadan başqa, ekspozisiyaya verilmiş və aydınlaşdırılmış fotoplastinkalar və fotolentlər (ofset əksetdirmə üçün, mikrolentlər, digərləri) üçün idxal gömrük rüsumu 5 faizə endirilib. Ekspozisiyaya verilmiş və aydınlaşdırılmış, səs cığırı ilə və ya səs cığırı olmayan və ya yalnız səs cığırı olan kinolentə (eni 35 mm və ya daha çox olan, yalnız səs cığırından ibarət olan neqativ, orta pozitiv, xronikal filmlər, digər pozitiv, yalnız səs cığırından ibarət olan neqativ, orta pozitiv, xronikal filmlər) 1 metr üçün 5 dollar idxal gömrük rüsumu tətbiq olunacaq. Fotoximikatlar (laklardan, yapışqanlardan, adqezivlərdən və analoji preparatlardan başqa), ölçülmüş dozalarda və ya pərakəndə satış üçün istifadəyə hazır şəkildə qablaşdırılmış, fotoqrafiya məqsədləri üçün istifadə edilən qarışdırılmamış məhsullar qrupunda həssas emulsiyalar üçün də 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
11 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
- 20 d. əvvəl
-
24 d. əvvəl
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
-
30 d. əvvəl
“Ookla”: Azərbaycanda internet daha da sürətlənib: sabit şəbəkədə 16%, mobil şəbəkədə 31% artım
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
11 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
11 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
Azərbaycanın ixracında qızıl effekti: 3,7 milyard dollarlıq qızıl ixracı Azərbaycanın ixrac xəritəsini dəyişib
Neftin qiyməti martdan bəri ilk dəfə 80 dollardan aşağı düşdü: bazarlar Hörmüz boğazının tam açılacağına ümid edir
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib





















