Şəhər mərkəzində yaşamağın üstünlükləri
Yaşayacağımız mənzili və onun yerləşdiyi yeri seçərkən çətinlik çəkməyiniz son dərəcə təbiidir. Belə bir vəziyyətdə özünüz və ailə üzvləriniz üçün düzgün qərar qəbul etmək istəyirsiniz. Seçəcəyiniz mənzildə diqqət edilməsi lazım olan məqamlar insandan-insana dəyişsə də, bəzi ortaq məqamlar var ki onlar hər birimiz üçün önəmlidir.
Seçim edərkən ağlımızda çox zaman bir sual dolaşır: Şəhərin mərkəzində infrastrukturla iç-içə və dinamik həyat, yoxsa şəhərdən qıraq hər şeydən uzaq və sakit həyat?
Hər ikisinin də üstünlükləri və mənfi cəhətləri var. Ancaq insanların hər il şəhər mərkəzinə axın etməsi, həyatın burada daha rahat və cazibədar göründüyünü sübut edir.
Şəhər mərkəzində yaşamağın üstünlükləri:
Bələdiyyələr həmişə şəhər mərkəzlərinə daha çox diqqət yetirir. Beləcə infrastruktur vəziyyəti şəhər mərkəzlərində daha yaxşıdır.
Şəhər mərkəzində həyat çox bahalı görünsə də, həyat standartları çox yüksəkdir.
Təhsil imkanları daha çoxdur. Həm müxtəlif, həm də çox yönlüdür. Bunlar sizə seçim imkanı verir.
Bir çox xidmətləri kimi sağlamlıq xidmətləri də şəhər mərkəzində daha çoxdur. Yaşadığınız ərazidə iaşə obyektləri və sağlamlıq mərkəzlərinin olması sizin üçün üstünlükdür.
Nəqliyyat imkanları çox çeşidlidir. Metro, avtobus və addım başı taksilərin olması gedəcəyiniz yerə vaxtında çatmanızı asanlaşdırır.
Hər şeyin bir çox alternativi olduğu şəhər mərkəzlərində həmçinin market və ticarət mərkəzləri də kifayət qədərdir. Bu da alış-veriş seçiminizi zənginləşdirəcək.
Bu üstünlüklər sizi də seçiminizi şəhərin mərkəzindən etməyə vadar edirsə, onda sizə yaşam üçün ideal məkan olan Melissa Park Yaşayış Kompleksi barədə danışım:
Şəhər mərkəzində 14.000 nəfərin yaşayacağı qəsəbə tipli yaşayış kompleksi – Melissa Park
Şəhərimizin əsas infrastruktur qovuşaqlarının yaxınlığında yerləşən Melissa Park yaşayış Kompleksi şəhərin ən əsas yolları ilə əhatə olunmuşdur – Tbilisi prospekti, Zərdabi prospekti və Salamzadə küçəsi istiqamətində giriş-çıxışlar mövcuddur. Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəqiqəyə piyada çatmaq olur. Kompleksin yaxınlığında “Bravo” supermarket, “Kəndimiz” bazarı, “20 Yanvar” şəhər ticarət mərkəzi və.s bu kimi alış-veriş məkanları mövcuddur. Bakı Biznes universitetinin arxasında yerləşən kompleks eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft şirkətinin də inzibati binalarının tam yaxınlığındadır. Sağlamlığınızın keşiyində duracaq bir sıra nüfuzlu tibb ocaqları da “Melissa Park”a bir neçə dəqiqəlik məsafədə yerləşir. Kompleksin girişinin yaxınlığında ölkənin ən böyük avtomobil servis mərkəzlərindən biri Performance Center Avto Servis mərkəzi yerləşir.
Şəhərin mərkəzində yaşayıb təbiət yaşıllıqlarından, təmiz havadan məhrum olacağınızı düşünürsünüzsə, yanılırsız. Melissa Group-un ən böyük layihəsi olan “Melissa Park” yaşayış kompleksinin 7 hektarlıq ərazisinin 70%-i yaşıllıq üçün nəzərdə tutulub. Bundan başqa kompleksdə istirahət parkı, tennis və futbol meydançalarının da inşaası planlaşdırılır.
Seçiminizi şəhərin mərkəzindən edib, ideal həyat yaşamaq istəyirsinizsə, Melissa Parka-a gəlin…
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
52 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 53 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























