ABŞ, İngiltərə və Fransa Suriyanı vurdu
ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.
Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.
Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.
XXX
Tramp: "Heç bir dovlət diktatorları və tiranları dəstəkləyərək irəli gedə bilməz"
ABŞ prezidenti Ağ Evdə Suriyaya qarşı hərbi əməliyyatın başlanmasını bəyan edərkən Rusiyaya müraciət edib.
Bu barədə “NBC News” xəbər verib.
“2013-cü ildə prezident Vladimir Putin və onun hökuməti Suriyanın kimyəvi silahının məhv ediləcəyini dünyaya vəd edib. Lakin silahlar məhv edilməyib. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir. Rusiya qərar verməlidir – “qara yollar”la hərəkət etməyə davam və yaxud sivil ölkələrlə birgə sabitlik və sülhü təmin etmək. İran və Rusiyadan soruşuram: hansı millət, hansı dövlət günahsız kişi, qadın və uşaqların kütləvi qətli ilə əlaqəli olmaq istəyər? Dünya xalqları dəstəklədikləri dostları ilə qiymətləndirilə bilər. Heç bir millət və dövlət qatil diktatorları, amansız tiranları, “izqoy” dövlətləri dəstəkləyərək inkişaf edə bilməz”, - deyə D. Tramp vurğulayıb.
XXX
Rusiya XİN: “Dəməşq dinc gələcəyə şansı olduğu zaman bombalandı”
Suriyanın paytaxtı Dəməşq dinc gələcəyə şansı olduğu zaman bombalandı.
Bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Onun sözlərinə görə, uzun illər Suriya paytaxtı terror hücumları şəraitində yaşamağa çalışıb.
Əvvəl Suriya xalqını “ərəb baharı”, sonra İŞİD, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər”, Rusiya XİN rəsmisi qeyd edib.
XXX
Cozef Danford: “Koalisiya Suriyada iki obyektə zərbələr endirib”
ABŞ, Böyük Britaniyanın və Fransa Silahlı Qüvvələri Suriyada iki obyektə zərbələr endirib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bəyan edib.
Onun sözlərinə görə, hədəfdə bilavasitə Suriya hökumətinin kimya proqramları ilə bağlı obyektləri olub: “İlk əsas hədəf Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi, ikinci isə Homs yaxınlığında yerləşən kimyəvi maddələrin saxlanılması obyekti olub. Dəməşq ətrafındakı obyekt kimya və bioloji texnologiyaların inkişafı, tədqiqi və istehsalı üzrə mərkəzdir. Hədəflərin seçilməsində mülki əhali üçün riskin minimuma endirilməsi nəzərə alınıb”, deyə C.Danford bildirib.
O həmçinin bu günlük hava zərbələrinin bitdiyini açıqlayıb.
Əl-Ərəbiyə: “Suriyada hava zərbələri endirilən obyektlər əvvəlcədən evakuasiya olunub”
Suriya hökuməti hava zərbələri endirilən obyektlərdən hərbçilər və texnikanı əvvəlcədən evakuasiya edib.
Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.
Məlumata əsasən, son bir həftə ərzində hərbi obyektlər və aerodromlardan şəxsi heyət və texnika təxliyə edilib.
Bu gecə ABŞ, Fransa və Böyük Britaniya Silahlı Qüvvələri paytaxt Dəməşq və Homs ətrafında yerləşən hərbi təyinatlı obyektlərə hava zərbələri endirib. Reuters agentliyinin məlumatına əsasən, ABŞ Suriya ərazisinə "Tomahawk" qanadlı raketlərdən zərbə endirib. Əməliyyatda həmçinin Böyük Britaniyanın 4 “Panavia Tornado” qırıcı-bombardman təyyarəsi iştirak edib. Əməliyyat 50 dəqiqə davam edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb





























