“ATENA”da qarşıdurma – YENİLƏNİB
Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “ATENA” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılacağı iddia olunur.
“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “ATENA” şirkətinə şərik edilib:
“İsrafil Qasımov “ATENA”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “ATENA”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “ATENA”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın xeyli əvvəldən xəbərdarlıq edilmədən, qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb, hətta işçilər Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi də düşünürlər”.
Rəfail Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “ATENA” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.
Satış müdiri qeyd etdi ki, işçilərin imzaları toplanılıb və bu imzalar ilə ölkə baçısı cənab İlham Əliyevə müraciət edilməsi planlaşdırılır.
Rəfail Rəsulov əlavə etdi ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.
11.05.2011-ci il tarixində fəaliyyətə başlayan "ATENA" MMC süd toplama ferması və istehsal müəssisəsidir. "ATENA" gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 40 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.
"Avrora" şirkəti spirtli və qazlı içkilər, ət, süd, un və qənnadı məhsulların distribyutorudur. Azərbaycanın 28 şəhərdə satış məntəqələri olan böyük distribyutorluq şəbəkəsidir. Süd məhsulları ilə tanınan "Danone" şirkəti "Avrora"nın tərəfdaşıdır. 2010-cu ildən "Avrora" şirkəti "Bolmart" supermarketləri şəbəkəsini də yaratmağa başlayıb.
00:00
“ŞİRKƏTİ BORCLARI QARŞILIĞINDA KÖNÜLLÜ TƏHVİL VERİBLƏR”
“ATENA Group” QSC-nin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev “Marja.az” ilə əlaqə saxlayaraq iddialara cavab verdi.
Onun sözlərinə görə, səhmdarların 21 Fevral 2018-ci il tarixində keçirilmiş yığıncağında “Atena” süd zavodunun sahibi “Atropatena Group” QSC-nin adının “ATENA Group” QSC-yə dəyişdirilməsinə qərar verilib və şirkət yeni adla dövlət qeydiyyatına alınıb.
Qəmbər Sübhanverdiyev qeyd etdi ki, adın dəyişdirilməsi şirkətə yeni səhmdarın nəzarət etməsilə bağlıdır:
“Əvvəl “Atropatena Group” QSC-nin 34%-i Elşad Rəsulova və qalan hissəsi isə qardaşlarına məxsus idi. Elşad Rəsulov payının bir hissəsini və qardaşları isə bütün paylarını borcları qarşılığında Məmmədova Zərəngiz Məhərrəm qızına veriblər. Hazırda Şirkətin 85%-i Zərəngiz Məmmədovaya, 15%-i isə Elşad Rəsulova məxsusdur. Yeni səhmdar əvvəlki səhmdarların “PAŞA Bank”a 10 milyon manata yaxın borcunu bağlayıb, müəssisəyə əlavə resurslar cəlb edib. Bizim bütün təsdiqedici sənədlərimiz var.”
Qəmbər Sübhanverdiyev vurğuladı ki, “Atropatena Group” QSC-nin banklara olan külli borcları səbəbindən şirkətin fəaliyyəti demək olar ki, tamam dayanmışdı. Həmçinin Elşad Rəsulovun və qardaşlarının yeni səhmdara böyük məbləğdə borcları var idi:
“Borc zavoda avadanlıqların alınması üçün alınmışdı. Borc müqavilələri də mövcuddur, özləri imzalayıblar. Zavodu düşdüyü vəziyyətdən xilas etmək üçün, özləri, borclarının qarşılığında könüllü sürətdə paylarını yeni səhmdara təhvil verdilər”.
İSRAFİL QASIMOV YENİ SƏHMDARIN YAXIN QOHUMUDUR
Qəmbər Sübhanverdiyev bildirdi ki, Vergilər Nazirliyində işləmiş İsrafil Qasımovun yeni səhmdar Zərəngiz Məmmədova ilə qohumluq əlaqəsi var. Digər məlumata görə, Zərəngiz Məmmədova İsrafil Qasımovun həyat yoldaşıdır.
“ŞİRKƏT ƏMƏK HAQLARINI ÖDƏYƏ BİLMİRDİ”
2 ildir “Atropatena Group” QSC-nin İcraçı direktoru vəzifəsini icra edən Gökhan Becerikli “Marja”ya bildirdi ki, “Atena” süd emalı zavodu iflic vəziyyətə düşmüşdü:
“Şirkət südü və qablaşdırma materiallarını alacaq gücünü itirmişdi. Həmçinin şirkətin banklara ciddi məbləğdə gecikən borcları var idi, işçilərin əməkhaqları bir neçə aydır ödənilmirdi. Bugünkü iclasda bu məsələnin həlli yollarını müzakirə etdik”.
“İSTƏYİRİK SATIŞ İLƏ “AVRORA” ŞİRKƏTİ MƏŞĞUL OLSUN”
Gökhan Becerikli işçilərin ixtisarı məsələsinə toxunaraq qeyd etdi ki, yeni səhmdar xərcəri azaltmaq niyyətindədir. Bu məqsədlə satış fəaliyyətinin “Avrora” şirkətinə ötürülməsi nəzərdə tutulur: “ATENA”nın satış fəaliyyətini “Avrora” şirkətinə təhvil versək, xərcərimiz azalacaqdır. Bu gün bizim xərcərimizin 30%-i satış ilə bağlıdır. “Avrora” böyük ticarət şirkətidir. Biz satışı “Avrora”ya həvalə etsək satış xərclərimiz 8% azalır. “ATENA” şirkətinin satış komandasının “Avrora” şirkətinə keçirilməsi də nəzərdə tutulur”.
Gökhan Beceriklinin təqdim etdiyi yazılı açıqlamada da bildirilir ki, bu gün rəsmi olaraq heç bir işçi işdən çıxarılmamışdır:
"“ATENA Group” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 20 aprel 2018-ci il tarixli 4 saylı protokolu ilə qəbul edilmiş qərarına əsasən şirkətin zərərlərinin azaldılması, xərclərinin optimallaşdırılması və daha çox istehsala fokuslanmaq məqsədi ilə bugündən etibarən distribusiya və mühafizə xidmətləri kənar şirkətlərə ötürülmüşdür. Belə bir qərarın qəbul edilməsinə səbəb, şirkətin 2 ildən artıqdır zərərlə işləməsi, işçilər, banklar və təchizatçılar qarşısında öhdəliklərini vaxtında icra edə bilməməsi olmuşdur.
Qəbul edilən qərar barədə işçilər məlumatlandırılmış və onlara bildirilmişdir ki, distribusiyanı qəbul edən şirkətdə onların işlə təmin edilmələri barədə danışıqlar aparılır. Rəsmi olaraq, bugün heç bir işçi işdən çıxarılmamışdır. Direktorlar Şurasının qərarının icrası zamanı hər hansı işçi ixtisar ediləcəyi təqdirdə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq, kompensasiya ödəniləcək və digər imtiyazlar təqdim ediləcəkdir".
“YENİ SƏHMDAR QANUNSUZLUQLARI ÜZƏ ÇIXARIR”
“ATENA” şirkətinin əvvəlki sahiblərinin işçiləri ayağa qaldırmasını onların şəxsi maraqları ilə əlaqələndirən Gökhan Becerikli sözlərinə belə davam etdi:
“Bu adamların narahat olmasının səbəbi yeni səhmdarın əvvəlki səhmdarların fəaliyyətlərini araşdırmasıdır. Bir girov bir neçə kredit üçün göstərilib. Şirkətdə çoxlu sayda qanunsuzluqlar aşkar edilib. “Atropatena Group” ailə şirkəti olub. Yeni səhmdarın araşdırmaları Elşad Rəsulovun və qohumlarının maraqlarına toxunduğuna görə, narahatdırlar”.
Gökhan Becerikli bildirdi ki, Elşad Rəsulov, qardaşı və qardaşı oğlu olan satış müdiri Rəfail Rəsulov işçiləri toplayaraq Ağcəbədidə yolu kəsməyə cəhd ediblər.
İcraçı direktor digər bir iddiaya cavab olaraq bildirdi ki, “ATENA”nın heç bir ofisinə basqın olmayıb: “Əksinə Elşad Rəsulovun qohumları tərəfindən şirkətin işçiləri təhqir olunub”.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
-
10 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
59 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
1 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
1 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
1 saat əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
1 saat əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı






















