Komitə iri müəssisələri alan şəxslərin adlarını açıqladı - ÖZƏLLƏŞDİRMƏ
Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin və “Sumqayıt Superfosfat” ASC-nin özəlləşdirilməsi barədə məlumat yayıb.
"Marja" xəbər verir ki, məlumatda qeyd olunur:
Bu yaxınlarda Əmlak Məsələləri Dövlət Komitəsi komitə vaxtilə meliorasiya və irriqasiya obyekt və qurğularının tikintisi sahəsində ixtisaslaşmış, lakin investisiya çatışmazlığı üzündən maddi-texniki bazası tam köhnəlmiş “Muğansutikinti” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini uğurla həyata keçirmişdir.
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının aidiyyəti nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə etmişdir.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 06 aprel 2018-ci il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, fiziki şəxs V.A.Qurbanov “Muğansukinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqə qalibi ilə 25 aprel 2018-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 000 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdür.
Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikaların alınması, mövcud avadanıq və texnikaların təmirinin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, ərazinin abadlaşdırılması və müəssisədə 50 yeni iş yerinin yaradılması planlaşdırılır.
Komitənin digər məlumatında deyilir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, 24 fevral 2018-ci il tarixində komitə “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmiş, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya, sosial və ekoloji şərtlər qoyulmuşdur.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmiş, müsabiqə komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə etmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə 04 aprel 2018-ci il tarixində baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqə qalibi ilə 24 aprel 2018-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsin əsasən, qalib şirkət dövlət büdcəsinə 8,0 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 64,0 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsi və DSMF-yə olan 2,2 milyon manata yaxın məbləğdə borclarının, habelə 260,5 min manat məbləğində əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.
Müəssisənin ərazisinin uzun müddət sulfat turşusu və superfosfat istehsalına bağlı olaraq ciddi antropogen çirklənməyə məruz qaldığını nəzərə alaraq, müəssisənin ekoloji problemlərinin həlli, çirklənmiş ərazilərin tam reabilitasiya olunması, ərazidə olan istehsalat tullantıları və xammal qalıqlarının yerli və beynəlxalq ekoloji norma və standartlara uyğun zərərsizləşdirilməsi məsələləri də, öhdəlik olaraq investorun üzərinə qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, investorun təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisədə ənənəvi fəaliyyət növləri (sulfat turşusu və superfosfat istehsalı) ilə yanaşı, ölkədə bu günədək istehsal edilməyən və salfet məhsullarının istehsalı üçün tələb olunan iri həcmli rulon şəklində kağız yarımfabrikatların istehsalı prosesinin yaradılması nəzərdə tutulur. Müəssisədə həmçinin müxtəlif ölçü və rəngdə son məhsulların, o cümlədən naxış və yazı ilə bəzədilmiş, ətirli quru və nəm salfetlərin, eləcə də, digər kağız (salfet) məmulatlarının istehsal olunması planlaşdırılır. İstehsal olunacaq yarımfabrikatlar yerli istehsalçıların idxaldan asılılığını aradan qaldırmaqla bərabər, həm də bəzi xarici ölkələrə (Rusiya, Türkiyə, İran, Gürcüstan, Orta Asiya dövlətləri) ixrac olunacaq, hazır məhsullar isə əsasən daxili bazarda satılacaqdır.
Müsabiqə qalibinin təqdim etdiyi məlumata əsasən, artıq İtaliyanın bu sahədə ixtisaslaşmış şikətləri ilə danışıqlar aparılmış və 18 ay ərzində yeni zavodun qurulması barədə ilkin razılaşma əldə edilmişdir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
44 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb























