Bakıda yeni Lexus avtomobilinin satışına başlanıb
Lexus markasının əsas simvollarından biri sayılan LS lüks sedan sinfinin yeni modeli Bakıda təqdim olunub.
Avtomobilin üstünlüklərini hələ ötən ildən anons edən Yaponiyanın premium avtomobil brendi verdiyi vədi tutub: 5-ci nəsil LS indi daha dinamik və şıq, daha komfortlu və daha təhlükəsizdir.
Buta Palace-da təşkil olunan təntənəli təqdimat mərasiminə Lexus şirkətinin regional nümayəndə heyətləri, müxtəlif biznes sahələrinin rəhbərləri, yerli jurnalistlər və brendin yeniliklərini diqqət mərkəzində saxlayanlar iştirak etdilər. Təqdimatın rəsmi açılış hissəsində qonaqları salamlayan Toyota Qafqaz şirkətinin rəhbəri Mitsuru Konişi bildirdi ki, təxminən 30 il əvvəl yaponlar dünyanın ən yaxşı avtomobilini yaratmaq qərarına gəldilər. Bu avtomobil həm mühəndislik şedevri olmalı, həm də öz sahibinə mükəmməl idarəetmə təcrübəsi yaşatmalı idi. Onun sözlərinə görə, bu avtomobil məhz Lexus LS oldu. “LS, Lexus brendinin başlanğıcıdır” deyən Mitsuru Konişi rahatlıq, ən son təhlükəsizlik texnologiyaları və daha yaxşı sürücülük təcrübəsini özündə birləşdirən bu modeldən qürur duyduqlarını bəyan etdi.
Tədbirin qeyri-rəsmi hissəsi Ukraynanın məşhur pop-ifaçısı, Avroviziya mahnı müsabiqəsinin iştirakçısı Ani Lorakın səhnəyə dəvət olunması ilə davam etdi. Azərbaycanda da çox tanınan ifaçının hit mahnıları zalda Lexus-un tədbirlərinə xas olan xoş ovqatlı ortam yaratdı. Və bunun ardınca da tədbirin əsas məqsədi - LS-in təqdimat anı yetişdi. İlkin tanışlıq olaraq qonaqlar üçün LS-in yeni modelinin üstünlüklərini əks etdirən xüsusi hazırlanmış videorolik nümayiş olundu. Böyük təəssürat oyadan nümayişdən həmən sonra yenilənmiş və brendin dinamik inkişafında yeni cığır açan LS nəhayət ki, gur rəngarəng işıqlar və xüsusi səs effektləri altında zaldakıların ixtiyarına verildi.
Yeni LS iddialı və cəsur dizaynı ilə Lexus brendinin yeni simasını təmsil edir. Bu modeldə klassik lüks sedan tərzi daha fərqli mərhələyə yüksəlib: istər eksteryerdə, istərsə də interyerdə ənənəvi yapon estetikasının ən yaxşı ənənələri, son texnologiya və modern dizayn məharətlə sintez olunub. Lexus avtomobillərinin özünəməxsus özəlliyi olan ön radiator qəfəsi LS-in korpusunda daha qabarıq vurğulanıb və axıcı relyefin əsasını təşkil edir. Geniş salonun yeni oturacaqlarında Lexus-un Omotenashi qonaqpərvərlik fəlsəfəsi diqqət çəkir. Ön oturacaq 28, arxa oturacaq 22 fərqli şəkildə tənzimlənir və bu da LS-i öz seqmentində ən yaxşı avtomobillərdən birinə çevirir. Yapon masaj ustalarının tövsiyələri əsasında kreslolarda Shiatsu masaj sistemi yaradılıb. Yeni LS-in salonu xüsusi səssizliyi ilə fərqlənir. Aktiv Səs Nəzarəti mühərrik səsi salona girdiyi anda əks tezlikli səs vasitəsilə onu tənzimləyir.
Tədbirə ənənəvi olaraq yeni model ilə daha yaxından tanış olması üçün bütün arzu edənlərin səhnəyə dəvət edilməsi ilə yekun vuruldu. Lüks sedan seqmentinin aparıcı modellərindən biri kimi tanınan LS avtomobilini qonaqlar böyük maraqla izlədilər. Tədbirə gələnlər sedanın həm şıq eksteryeri, həm də premium salon interyeri ilə xüsusi diqqətlə tanış oldular. Avtomobilin texniki göstəriciləri isə tanışlıq prosesində əsas mövzulardan biri oldu.
Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (012) 490 50 50
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb





























