240 mindən artıq it peyvənd olunub
Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini başa çatdırıb
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Bu ilin 6 ayı ərzində quduzluq xəstəliyinə qarşı 240644 baş it (o cümlədən 1900 baş sahibsiz it) peyvənd olunub. Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini artıq başa çatdırıb.
Qeyd edək ki, quduzluq xəstəliyi bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.
Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər. İtlərdə xəstəliyin 5 forması - coşğun, sakit, atipik, abortiv və qayıdan formaları aşkar edilib.
Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur.
İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur.
Əvvəllər xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna “meşə quduzluğu” adı verilib. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranıb. Heyvanlar xəstəliyi insana və ev heyvanlarına keçirir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir.
Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərə antirabik vaksinlə peyvənd aparılmalıdır. Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan 3 aylıqdan yuxarı itlərə “biokan” adlı vaksin tətbiq edilir.
Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və 1 aya qədər davam edir.
Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında quduzluq müşahidə etdikdə təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və ölmüş heyvan cəsədləri baytarlıq laboratoriyasına göndərilir.
Mübarizə tədbirlərindən biri də əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyildir. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir.
İnsanlar isə quduzluğa yoluxmuş heyvanın hücumu nəticəsində yoluxa bilərlər. Quduzluq xəstəliyi insanlarda hidrofobiya və sinir pozğunluqları ilə müşayiət olunur. Xəstə heyvanın hücumundan sonra xəstəliyin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək zəruridir. Quduzluq nəticəsində təsərrüfatlara böyük zərər dəyir və insanların yoluxma qorxusu olduğu üçün xəstəliyin ləğv edilməsinin böyük sosial əhəmiyyəti vardır.
Hazırda respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 19 d. əvvəl
-
34 d. əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 40 d. əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
4 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Ən çox oxunanlar
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti























