Dollarda vəziyyət kritik həddə çata bilər
İlin sonuna yaxın insanları düşündürən əsas məsələ manatın məzənnəsinin necə olacağıdır. Bu isə tələbata uyğun olaraq valyuta hərraclarına çıxarılan dolların həcmindən aslıdır. Ekspert Samir Əliyev bildirib ki, son dövrdə hər hərracda 35-40 milyon dollar çıxarılırdı. Bunu nəzərə alsaq dekabr ayında valyuta hərracına çıxarılan məbləğin 200 milyon dollar ola biləcəyini gözləmək olar.
Fond 7,8 milyon manatlıq dollar konvertasiya etməlidir
O bildirib ki, Neft Fondundan büdcəyə transferləri bu il üçün 7,6 milyard manatdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, Neft Fondunun əlavə öhdəlikləri də var. Bura Fondun bir illik özünüsaxlama xərclərini (24 milyon manat) aid etmək olar. Bundan əlavə qaçqınların və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına il ərzində 90 milyon manat xərclənir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması xərcləri 70 milyon manat təşkil edir. Ekpsertin sözlərinə görə, bu vəsaitlər Azərbaycanda xərcləndiyi üçün manata çevrilir. Ümumilikdə əlavə xərclər 200 milyon manat deməkdir. Büdcəyə transferi və bu xərcləri nəzərə alsaq, Fond 7,8 milyon manatlıq dollar konvertasiya etməlidir. S.Əliyev bildirib ki, bu ilin yanvar-noyabr aylarına Fond 7,3 milyard manat xərcləyib. Qalan xərcləri 500 milyon manat təşkil edir. Bu isə 350 milyon dollar deməkdir. Ekspert hesab edir ki, Neft Fondu ilin sonuna qədər növbəti hərraclara 200 milyon dollar çıxarmalı olacaqlar.
Manat ehtiyatları Fonda aid deyil
Ekspert Fondun manat ehtiyatları məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 9 aylıq hesabata əsasən Neft Fondu dövlət büdcəsinə 5,7 milyard manatın qarşılığında 3,3 milyard manat köçürüb. Yəni, büdcə qarşısında öhdəliyi tam yerinə yetirməyib: “Ona görə də, ortada qalan 2,4 milyard manat Neft Fondunun vəsaiti hesab edilmir. Bu büdcəyə aid vəsaitlərdir və Neft Fondunun Mərkəzi Bankdakı hesabına yatırılır. Mərkəzi Bank isə manata təzyiqin qarşısını almaq üçün bu vəsaiti dövriyyəyə buraxmır”.
Mərkəzi Bank bazara o zaman dollar çıxaracaq ki...
Mərkəzi Bankın hərraclara dollar çıxarıb-çıxarmayacağına gəlincə, ekspert bildirib ki, bu kritik vəziyyət yarandığı zaman mümkün olacaq. Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard dollardan bir qədər çoxdur. Bu isə psixolji hədd deməkdir. Buna baxmayaraq, bütün banklar dollar satışını dayandırarsa, bazarda dollara tələbat kəskin artarsa, yarana biləcək ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank da hərraca dollar çıxaracaq. Amma hazırki şəraitdə az da olsa bazarda dollar var.
Yeni dollar ajiotajı istisna deyil
S.Əliyev yeni ildə, xüsusilə də ilk aylarda dollar ajiotajının olmasını istinsa etməyib. Onun sözlərinə görə, bunun üçün hazırda ciddi səbəblər var. Belə ki, son aylar yenidən ölkədən ciddi kapital axını var: “ Ölkəyə gələn dollar ölkədən çıxan dollardan azdır. Nəticədə yaranan kəsiri örtmək ya ehtiyatlar hesabına, ya da devalvasiya yolu ilə həll olunmalıdır. Hazırda bütün vasitələrdən istifadə edilir. Ölkəyə idxal azaldılır, bir qədər Neft Fondunun, bir qədər də Mərkəzi Bankın hesabına vəziyyəti tənzimləmək mümkündür”.
Bununla belə dövlətin borc öhdəlikləri də var: “Cənub Qaz Dəhlizi ilə bağlı vəsaitə ehtiyac var. Asiya İnkişaf Bankından bununla bağlı kredit alındı. Amma yenidən kredit almağa ehtiyac yaranıb. Kredit ala bilməsələr, məcburən daxili vəsaitlərdən istifadə ediləcək. Bundan əlavə, burada neft amili də rol oynayır. Neftin qiyməti 60-70 dollara qalxarsa bir qədər sabitlik olacaq, əks halda vəziyyət kritik həddə çatacaq”.
© fins.az
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
1 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
2 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
2 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb

























