Proqnozlaşdırılmış gəlirin 80%-ni 6 ayda əldə edib
2018-cı ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 9 milyard 173,7 milyon manat təşkil etməklə cari il üçün proqnozlaşdırılmış məbləğin 79,4%-ə bərabər olmuşdur.
"Marja", "2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında məlumat"a istinadən xəbər verir ki, Dollar ifadəsində hesabat dövründə Fondun gəlirləri 5 milyard 573,1 milyon ABŞ dolları olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü üzrə göstəricindən 59,0% çoxdur.
Neft Fondunun 2018-ci ilin birinci yarımilində büdcə xərcləri 4 milyard 731,6 milyon manat təşkil etmişdir. Bu, cari il üçün nəzərdə tutulmuş məbləğin 48,6%-ə bərabərdir.
Dollar ifadəsində isə, Fondun xərcləri hesabat dövründə 2 milyard 783,2 milyon ABŞ dolları olmuşdur. Beləliklə, Fondun büdcəsində 4 milyard 442 milyon manat məbləğində profisit yaranmışdır.
ARTIMIN SƏBƏBİ NEFTİN BAHALAŞMASIDIR
2018-ci ilin əvvəlindən etibarən, neftin dünya bazarındakı qiymətlərində əsasən artım tendensiyası müşahidə edilmişdir. Yanvar ayında Brent və WTI markalarının orta çəkili qiyməti 66,0 ABŞ dollar təşkil etmişdirsə, may-iyun aylarında bu göstərici 73,0 ABŞ dolları səviyyəsinə çatmışdır ki, bu da 2014-cü ilin avqust ayından etibarən ən yüksək göstəricidir.
Dünya əmtəə bazarlarında xam neftin qiymətinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fond) büdcəsində nəzərdə tutulan orta illik ixrac qiyməti (45,0 ABŞ dolları) ilə müqayisədə yüksək olması Fondun valyuta daxilolmalarının artmasına şərait yaratmışdır.
Hesabat dövründə ABŞ dollarının manata qarşı orta çəkili məzənnəsi 1,70 təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun aylarında xam neftin orta illik satış qiyməti 68,9 ABŞ dolları təşkil etmişdir ki, bu da 2018-ci il üçün nəzərdə tutulan proqnozla müqayisədə 23,9 ABŞ dolları çoxdur.
Dövlət Neft Fondunun cari il üçün Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanı ilə təsdiq edilmiş büdcəsində Fondun gəlirləri 11 milyard 559 milyon 956,2 min manat, xərcləri 9 milyard 730 milyon 221,8 min manat məbləğində təsdiq edilmişdir.
2018-ci ilin 1 yanvar tarixinə Fondun vəsaiti 58 milyard 977,2 milyon manat və yaxud 35 milyard 806,5 milyon ABŞ dolları təşkil etmişdir.
Cari ilin birinci yarımilində Fondun manat ifadəsi ilə vəsaiti ilin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 603,6 milyon manat və ya 6,1% artaraq 62 milyard 580,8 milyon manat təşkil etmişdir. Dollar ifadəsində isə hesabat dövründə Fondun vəsaiti ilin əvvəli ilə müqayisədə 2 milyar 229,6 milyon ABŞ dolları və ya 6,2% artaraq 38 milyard 36,1 milyon ABŞ dolları təşkil etmişdir. 2017-ci ilin müvafiq dövrü üzrə bu göstərici 34 milyard 790,9 milyon ABŞ dolları səviyyəsində olmuşdur. 30 iyun 2018-ci il tarixinə Neft Fondunun valyuta aktivləri ölkənin cəmi strateji valyuta ehtiyatlarının 85,8%-ni təşkil etmişdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
2 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
2 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb



























