Qeyri-neft məhsulları ixracının dəyəri 1 milyard dollardan azdır
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 milyard 474,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 698,5 milyon dollar, idxalın dəyəri 5 milyard 776,2 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8,0 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4,0 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3,0 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-iyul aylarında 968,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 3,8 faiz çoxdur.
2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz, kartof – 15,5 faiz, bitki yağları – 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 23,5 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 18,5 faiz, pambıq lifi – 66,9 faiz, qara metallardan borular – 10,2 faiz, pambıq ipliyi – 23,1 faiz artmış, təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər – 44,7 faiz, meyvə və tərəvəz şirələri – 15,2 faiz, tütün – 20,1 faiz, çay – 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8 faiz, qara metallardan yarımfabrikatlar – 70,9 faiz, bentonit gili – 3,2 faiz azalmışdır.
2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 faiz, bitki yağları – 41,7 faiz, təzə meyvə – 47,5 faiz, çay – 6,3 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,7 dəfə, qara metallardan çubuqlar – 27,3 faiz, mineral gübrələr – 77,0 faiz, mebellər – 32,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,1 faiz, rezin şinlər – 2,0 faiz, polietilen – 60,0 faiz, məişət kondisionerləri – 20,2 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 29,2 faiz, sement və sement klinkerləri – 59,4 faiz, məişət soyuducuları – 2,3 dəfə artmış, siqaret idxalı isə 3,7 faiz, xam şəkər və şəkər – 45,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 20,7 faiz, kartof – 23,2 faiz, mal əti – 21,0 faiz, təzə tərəvəz – 46,3 faiz, polad prokatı – 2,2 faiz, qara metallardan künclüklər – 7,3 faiz, avtobuslar – 37,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























