"Branson buraxılsa Dollar/TL düşəcək" - PROQNOZLAR
"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib.
"Marja" xəbər verir ki, Ghose, sabahkı inflyasiya göstəricisinin 24 faiz səviyyələrinə çatacağını proqnozlaşdırır.
İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.
Ghose, "Məzənnədə 5.50 səviyyələrinin davamlı olacağını düşünürsünüz?" sualına; "Əgər inflyasiya faizi 24-ə qalxarsa və TCMB addım atmasa davamlı olmaz" deyib.
Ekspert, geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.
RABOBANK-IN PROQNOZU
"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Qeyd edək ki, ABŞ, keşiş Endryu Bransonu azadlığa buraxılacağını açıqlayıb. Bransonun məhkəməsi Oktyabrın 12-də keçiriləcəkdir.
Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.
Artıq Dollar/TL məzənnəsi 6 səviyyəsindən aşağı düşmüş və bu gün Bakı vaxtı ilə saat 18:30-da 5.99 səviyyələrində olmuşdur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 18 d. əvvəl
-
19 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
41 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
42 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 45 d. əvvəl
-
59 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Ən çox oxunanlar
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı




























