Həyat sığortasına güzəştlər azaldılacaq – NAZİRDƏN AÇIQLAMA
Azərbaycanda həyatın yaşam sığortası ilə bağlı hökumət və sığorta şirkətləri arasında müzakirələr okytabrın sonunadək başa çatmalıdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, hazırda həyat sığortası ilə bağlı müzakirələr təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyat sığorta şirkətləri arasında aparılmır, müzakirələrdə Vergilər və Maliyyə nazirlikəri də iştirak edir.
BÜDCƏ DSMF VƏSAİT İTİRİR
Qeyd edək ki, söhbət əsasən yığım funksiyası daşıyan həyatın yaşam sığortasından gedir. Həyat sığortası qaydalarına əsasən, işləyənlər həyatlarını yaşam sığortası etdirməklə, hər ay öz əmək haqlarından həyat sığortası şirkətinə ödəmələr edirlər. Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosal ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır. Daha sadə desək, maaşın həyat sığortasına yönəldilən hissəsinə hesablanan vergi və sosial ödənişlər büdcəyə və DSMF-ə deyil, şəxsin sığorta şirkətindəki hesabına yönəldilir. Nəticədə sığortalanan vətəndaş böyük gəlir əldə edir (maaşın üzərinə təqribən 46%-lik vergidən azad olunan əlavə də gəldiyinə görə), büdcə və DSMF isə bu vəsaitləri itirir.
İndiyədək hökumət 2012-ci ildən tətbiq edilən bu yeniliyə "dözürdü". Amma son vaxtlar dövlət büdcəsi ilə bağlı sərtləşmələr, vergi və sosial sahədəki islahatlar həyat sığortasını və burada büdcədən kənarda qalan pulları yada salıb. Nəticədə indi hökumət bu sahədə dəyişikliklərin edilməsini istəyir.
Hökumət həyat sığortasına ödənilən məbləğə vergi güzəştinin ya tamamilə, ya da qismən aradan qaldırılmasına çalışır. Öz növbəsində həyat sığortası şirkətləri (ölkədə 3 həyat sığortası şirkəti var – "Qala Həyat", "Atəşgah Həyat", "Paşa Həyat") bu güzəştin ya tamamilə tozunulmaz qalmasına, ya da dəyişikliyin minimum olmasına çalışırlar.
Yeri gəlmişkən, son vaxtlar Azərbaycanda həyat sığortasındakı belə qazanma üsulunu başa düşənlərin sayı kəskin artıb və bu da büdcəyə (əmək haqqından vergi) və DSMF-ə gedən pulların azalmasına səbəb olub. Bunun qarşısını almaq üçün artıq indidən dövlət idarələrinin bir hissəsində həyat sığortasına getməyə icazə verilmir (qaydalra görə, həyatın yaşam sığortası ilə sığortalanmaq üçün işçinin özü ilə yanaşı, işəgötürənin də icazəsi tələb olunur).
Elə ona görə də müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri də iştirak edir. Qarşıdan büdcə müzakirələrinin gəldiyini nəzərə alanda, böyük ehtimalla bu müzakirələrin nəticəsi 2019-cu ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, qısa müddət ərzində müzakirələrin nəticəsi açıqlanacaq. Hələliksə nazirliyin mövqeyi dövlət-özəl sektor əməkdaşlığının qorunmasıdır: "Biz həyat sığortası bazarının ləğv edilməsinin tərəfdarı deylik və o bazarın inkişafı imkanları da saxlanılmalıdır. Eyni zamanda bu insanların gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının tutulması mexanizimi də olmalıdır".
Nazirlik ona işarə edir ki, pulunu həyat sığortasına yönəldən işçilərin maaşının həmin hissəsindən DSMF-dəki hesablarna pul ödənilmir və bu da gələcəkdə həmin şəxslərin pensiya təminatını pisləşdirə bilər: "Bildiyimiz kimi həyat sığortasına müraciət edən şəxslər gəlir vergisindən və sosial sığorta ödəmələrindən azad olurlar, amma eyni zamanda sosial sığorta ödəməyən şəxs də gələcəkdə pensiya təminatından imtina edir və bu insanın pensiya kapitalında vəsait yığılmadığına görə, onun pensiya təminatı olmur. Bu gələcək üçün problem olur və ona görə də biz həm sığort şirkətləri, həm də Vergilər və Maliyyə nazirlikləri ilə aktiv müzakirələr aparırıq və bu mexanizimi elə bir mexanizimə çevirmək istəyirik ki, müəyyən qədər güzəştlər də olsun, müəyyən qədər sosial sığorta sisteminə ödənişlər olsun".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
©FED
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 16 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
34 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
37 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 47 d. əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
1 saat əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
1 saat əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Kapital Bank" 100 milyon manatlıq istiqraz buraxır
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















