Aparıcı bağçıların görüşü keçirilib
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə 22 fevral 2017-ci il tarixində ölkənin aparıcı bağçılarının görüşü keçirilib.
Assosiasiyadan “Marja”ya daxil olmuş məlumata görə, görüşdə İqtisadiyyat Nazirliyinin nümayəndələri, “Soyuzaqrokontrakt” MMC, "D.Fruits KT" MMC, “Amoris” MMC, "Aqrovest Limited" MMC, "Aznar" QSC, "Astara bağları" MMC", “3 MS ltd" MMC kimi iri istehsalçılarla yanaşı, fərdi qaydada intensiv bağçılıqla məşğul olan sahibkarlar da iştirak etmişdir.
Assosiasiyanın sədri Bəşir Quliyev qonaqları salamlayaraq ölkə başçısı tərəfindən aqrar sektora göstərilən diqqət və qayğı, aparılan islahatların müsbət nəticələri və aidiyyəti dövlət qurumları ilə həyata keçirilən sıx əməkdaşlıq və məsləhətləşmələr barədə məlumat verərək, bunların istehsalçılar üçün böyük dəstək və əlavə stimul olduğunu vurğuladı.
Daha sonra Assosiasiyanın icraçı direktoru Elnur İslamov çıxışında Assosiasiyanın istehsalçılar və dövlət qurumları ilə əlaqələndirici funksiyasından bəhs etdi və istehsalçıların fəaliyyətləri ilə bağlı təkliflərin toplanması və operativ şəkildə müvafiq dövlət qurumlarına müraciət etmə imkanlarını xatırladaraq onları bu istiqamətdə daha fəal olmağa çağırdı.
Görüş zamanı bağçılıq sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri, bəzi yerli məhsullar üzrə milli genofondun yaradılması ilə yanaşı yerli iqlimə uyğunlaşdırılmış tinglərlə bağlı faydalı bilik və təcrübə mübadiləsi aparıldı. Həmçinin məhsulların satış və yeni ixrac bazarları, bağçılıq təsərrüfatlarının fəaliyyətləri ilə bağlı məsələlərə dair daha operativ həll və təkliflərin yerindəcə verilməsi üçün İqtisadiyyat Nazirliyi, Assosiasiyanın logistika və qablaşdırma tərəfdaşlarının nümayəndələri tərəfindən iştirakçıların sualları cavablandırıldı.
Eyni zamanda məhsulların uzun müddətə saxlanması sayəsində innovativ həll təklif edən Türkiyənin Aypek Paketləmə şirkətinin nümayəndəsi tərəfindən meyvələrin nəqliyyat vasitələrində daşınması zamanı istifadə olunan və 15-28 gün məhsulun keyfiyyətini özündə qoruyan Amerika patentli “smart pack” texnologiyası ilə hazırlanan paketlər nümayiş etdirildi.
Görüşdə həmçinin bəzi bağçılıq sahələrinin xüsusiyyətləri nəzərə alınaraq müvafiq kənd təsərrüfatı texnikaları ilə təminat, kiçik istehsalçıların saxlama anbarları və gübrə idxalı ilə məşğul olan şirkətlərlə bağlı təklifləri, ərəb ölkələrinə ixracın artırılması istiqamətində İran logistika şirkətləri ilə əməkdaşlıq imkanları və məhsul emalı ilə bağlı vergi qanunvericiliyində olan məsələlər ətrafında maraqlı müzakirələr aparıldı. Eyni zamanda ölkənin zeytun, badam, feyxoa və çay kimi ixrac potensialı böyük olan məhsullarının istehsalı və satış imkanlarına dair müvafiq təkliflər səsləndirildi.
Assosiasiyanın sədri Bəşir Quliyev yekun nitqində belə görüşlərin daha da tez-tez keçirilməsini, sektorun inkişafı, istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif layihələr üzərində iş aparılmasının vacidbliyini qeyd etdi.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 d. əvvəl
- 13 d. əvvəl
-
15 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 25 d. əvvəl
-
42 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 53 d. əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu






















