AccessBank-ın sədri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb
AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramına seçim mərhələsi yekunlaşıb.
Dörd turdan ibarət seçim mərhələsinə ümumilikdə 800-dən çox tələbə qatılmışdı. Birinci turda tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalı idisə, ikinci mərəhlədə onların məntiq və riyazi bilikləri yoxlanıldı. Belə ki, tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandırıb. Üçüncü turda iştirakçılar daha bir məharətini nümayiş etdirməli idilər. Sonuncu tura keçmək istəyənlərdən ingilis dilində müxtəlif mövzularda esselərin yazılması tələb olunurdu. Dördüncü tur isə üz-üzə müsahibə yolu ilə keçirildi. Müsahibəni AccessBank-ın müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarət xüsusi komanda həyata keçirib. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, nailiyyətləri, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar verilib. Çətin seçim qarşısında qalan bank mütəxəssisləri nəticədə 10 nəfəri qalib elan etdi.
Qaliblərlə naharda görüşən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov onların hər birini təbrik etdi. Cənab Həsənov bildirdi ki, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramı ölkəmizdəki "parlaq zəka"ları üzə çıxardı: "Tələbə Təqaüd Proqramına qatılan hər bir iştirakçı isbat etdi ki, Azərbaycanda təhsil səviyyəsini olduqca yüksəkdir. Bütün elmlərin bünövrəsi təhsillə qoyulur və mən çox şadam ki, qarşımda oturanlar, o cümlədən layihəmizə qatılanlar möhkəm bünövrəyə malik gənclərdir. Mən həm də bir işəgötürən kimi çox sevinirəm ki, sizin kimi bilikli gənclər gələcəkdə öz iş yerində istənilən komandanın gücünə güc qatacaq. Bir şeyi dəqiq bilin ki, AccessBank-ın hər zaman bu cür işçilərə ehtiyacı var və qapımız hər birinizin üzünə açıqdır".
Sədr həmçinin tələbələrin gələcək planları ilə maraqlanıb. Onların əksəriyyəti xaricdə magistr dərəcəsinə yiyələnmək istədiyini bildirib. Buna cavab olaraq Anar Həsənov tələbələrə öz təcrübəsinə əsaslanaraq bəzi məsləhətlərini verib: "Mən də xaricdə təhsil almışam, lakin karyeramı vətənimdə davam etdirmişəm. Hesab edirəm ki, Azərbaycanın sizin kimi gənclərə ehtiyacı var. Amma siz karyeranızı xaricdə qurmaq niyyətindəsinizsə, şübhəm yoxdur ki, hər biriniz Azərbaycanı layiqincə təmsil edəcək".
Qeyd edək ki, Tələbə Təqaüd Proqramı üzrə seçilmiş 10 şəxs növbəti semestr ərzində AccessBank-dan aylıq 100 AZN təqaüd alacaq. Bununla bərabər həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə ediblər.
Qaliblərin siyahısı bankın rəsmi Facebook və Instagram səhifələrində dərc olunub. Əlavə edək ki, qaliblərdən 3-ü UNEC-in, 3-ü ADA Universitetinin, 3-ü Bakı Mühəndislik Universitetinin, 1-i isə "Xəzər" Universitetinin tələbəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
1 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb






















