Prezident "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında - YENİLƏNİB
Bu gün Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.
Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev institutun binasının rəmzi açılışı bildirən lenti kəsib.
İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.
Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.
Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verilib.
Qeyd olunub ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir. İnstitut və onun tabeli qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.
İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.
Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına nail olmaqdır.
Sonra dövlət başçısı Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Könüllülər Sarvan Cəbrayılzadə və Rübabə Yusifova layihə barədə məlumat veriblər, könüllülük hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
- 11 d. əvvəl
-
25 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi

























