“Holcim Azərbaycan” ayağa qalxan səhmdarlarını dinləyib
Bu gün “Holcim Azərbaycan” ASC-nin fiziki şəxs səhmdarları şirkətin Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sement zavodunun qarşısında toplaşıblar. ASC-nin fiziki şəxs səhmdarları 20 ildir sahib olduqları səhmlərə görə dividend ala bilməməkdən şikayətlənirlər. Məlumata görə, hər bir fiziki şəxs səhmi və indiyədən ödənilməyən dividendlərin qarşılığında 125 min manat tələb edir.
Özlərinin də səhmdar olduqlarını bildirən bir neçə şəxs səhmdarların Mayın 17-də zavoda toplaşmasını təşkil edib və onların adından (səhmdarların nümayəndələri olaraq) “Holcim Azərbaycan”ın rəhbərliyi ilə görüşüblər.
“Marja”nın əldə etdiyi məlumata görə, danışıqlarda səhmdarların nümayəndələrinə bildiriblər ki, “Holcim Azərbaycan” ASC kredit borcuna malik olduğundan dividend ödəyə bilməyəcəkdir. ASC-nin rəhbərliyi qeyd edib ki, zavodun istehsalı artır, satış gəlirləri yüksəlir. Yaxın illərdə kredit borcu tam bağlanacaq və dividendlərin ödənilməsi bərpa ediləcəkdir.
Bəzi səhmdarlar öz səhmlərini satmaq istəyirlər. Belə səhmdarların istəyi də zavod rəhbərliyinin diqqətinə çatdırılıb. Zavod rəhbərliyi həmin səhmdarların siyahısının hazırlanmasını təklif edib və onların səhmlərinin digər investorlara təklif edilməsində kömək göstərəcəkləri sözünü veriblər.
"Holcim Azərbaycan”ın rəhbərliyi ilə görüşdən öncə, “Danışıqlardan nəticə çıxmasa Avropa məhkəməsinədək gedəcəyik” deyən təşkilatçılar görüşdən sonra sakit danışıblar. Görüşdən qayıdan təşkilatçı nümayəndələr zavodun qarşısında gözləyən səhmdarlara bildiriblər ki, ümidlərini itirməsinlər, danışıqların davam etdirilməsi qərarlaşdırılıb. Təxminən 2 həftədən sonra növbəti görüşün keçirilməsi razılaşdırılıb.
Zavodun qarşısna toplaşan səhmdarlar “20 ildir gözləyirik, 2 həftə də gözələyək” deyərək dağılışıblar.
Qeyd edək ki, keçmiş "Qaradağ Sement Zavodu"nun varisi olan "Holcim Azərbaycan” ASC-nin 1999-cu ildən açıq səhmdar cəmiyyətidir.
8 MİLYON MANAT MƏNFƏƏTİ OLSA DA, DİVİDEND ÖDƏMƏYƏCƏK
Xəbər verdiyimiz kimi, 4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.
Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 10 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























