Expressbank-ın müştəriləri kartla ödədilər və qazandılar!
(®) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə 1 fevral 2019-cu il tarixində başlayan “Kartla ödə, Kartla qazan!” üç aylıq lotereyasında Expressbank-ın 91 müştərisi qalib oldu.
Mərkəzi bankın keçirdiyi stimullaşdırıcı lotereyanın birinci tirajında 38, ikinci tirajında 25 və aprel ayında keçirilən sonuncu tirajında 28 Expressbank müştərisi qalib olub. ( Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz https://bit.ly/2JxhLWx )
Lotereyada Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq iştirak hüququ əldə edib və hər bir qalib 50 manat dəyərində mükafatlandırılmışdı.
Başa çatmış stimullaşdırıcı lotereyanın iştirakçısı və qaliblərindən olan Expressbank-ın plastik kart sahibləri mütəmadi olaraq ölkədaxili nağdsız ödənişlərdə 30%-dək cashback qazanmaqda davam edirlər. Həmçinin debit kart vəsaitində qalığa illik 3%-dək gəlir də əlavə edilir. Expressbank- ın plastik kartlarına sahib olmaq istəyən hər kəs www.exb.az saytından onlayn, rahat sifarişini reallaşdıra bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
53 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























