Gənclər “Gilan Holding”in dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur
® Müxtəlif sahələrdə uğurlu layihələrdə daima iştirak edən “Gilan Holding”, əməkdaşlarının fərdi və peşəkar inkişafına töhfə verməklə yanaşı, cəmiyyət üçün sağlam, intellektual potensialını inkişaf etdirmiş gənclərin sayının çoxalmasına da böyük önəm verir.
İstər maarifləndirici, mədəni, ekoloji, istərsə də sosial tədbirlərin təşkilində aktiv dəstək, Holdinq üçün yalnız bir dəyər və məqsəd üzərində qurulur. Bu vacib dəyər - insanların həyatlarının hər hansı bir aspektinin müsbət tərəfə çevrilməsinə dəstək olmaqdır. Bu istiqamətdə “Gilan Holding” bir çox aparıcı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları ilə faydalı əməkdaşlıq edir.
Sözügedən istiqamətlər üzrə ən səmərəli əməkdaşlıqlar sırasında “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr olub. Həmin layihələr, onlardan faydalana biləcək böyük insan kapitalını əhatə etməklə və maraqlı yeniliklər ilə yadda qalıb. “ASAN Könüllüləri” ilə əməkdaşlıq çərçivəsində, bəzi gənclər "Gilan Holding"ə daxil olan müxtəlif müəssisələrdə təcrübə keçmək və işlə təmin olunmaq imkanı əldə edib.
“Gilan Holding”in dəstəyi ilə aprel ayından başlamış “ASAN Akademiya” layihəsi 20 iyun tarixində bitmişdir. Layihənin davam etdiyi dövr ərzində bir sıra ixtisaslar üzrə təhsil alan gənclər üçün liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqramlar tədris olunub.
Layihənin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, təlimlərdə peşəkar təlimçilərlə yanaşı fərqli sahələrdə çalışan mütəxəssislər də tədris prosesinə qoşulub. Bu isə, tələbələrə müxtəlif şirkətlərdə mövcud olan təcrübənin yerində öyrənilməsinə və seçdikləri peşə üzrə daha təcrübi bilikləri əldə etmələrinə şərait yaradır.
"Gilan Holding"in İnsan Resursları Departamenti də bu cür təlimlərin təşkilində aktiv iştirak edib. CV-nin tərtib olunma və müsahibədən keçmə qaydaları, həmçinin karyera planlaması və iş axtarma strategiyalarına aid təlimlər tələbələrin böyük marağına səbəb olub.
Holdinqin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iş seçimi üzrə doğru hədəflərin müəyyən olunması, uğurlu CV-nin yaradılması sirləri, müsahibə zamanı davranış qaydaları və işə qəbul üzrə mütəxəssislərin ən çox diqqət yetirdikləri məqamlara toxunulub.
İstedadlı və bacarıqlı gənclər, ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən sistemli islahatların layiqli davamçıları olacaqlar. Gənclər üçün həyata keçirilən hər bir layihə, ötürülən hər bir vacib təcrübə və biliklər, ölkəmizin və iqtisadiyyatın inkişafı üçün ən doğru sərmayələrdəndir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
1 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
2 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb

























