“Renessans Palace”da övladlarınızın təhlükəsizliyindən əmin olacaqsınız
(®) Yasamal rayonunda yerləşən premium yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.
Kompleksin həyəti kənar girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq. Həyətin tamamilə kənar çıxışlara bağlı olması, uşaq meydançalarında qurulan xüsusi video müşahidə kameralarının köməyilə 24 saat nəzarət imkanı burada yaşayan hər bir sakinə özünün dəyərli varlığı olan övladının təhlükəsiz istirahəti üçün təminat verir.
“Renessans Palace”da, həmçinin, “Avtomobilsiz həyət” prinsipinin əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulması da məhz sakinlərin və onların övladlarının rahatlıq və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Valideynlər və onların uşaqlarına rahatlıq yaratmağı düşünən “Renessans Palace” həm də uşaq bağçasını da onlara yaxın edir. Kompleksin kommersiya obyektlərinin birinin uşaq bağçası kimi nəzərdə tutulması işgüzar valideynlərin vaxtına qənaət, uşaqların isə komfortuna xidmət etmək üçündür.
“Renessans Palace” premium yaşayış kompleksinin əsas yol qovşaqlarından bir qədər aralıda yerləşməsi isə bu kompleksin gələcək sakinləri üçün dinamik şəhər həyatının səs-küyündən uzaq, sakit və rahat bir mühitin yaradılması üçündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
-
- 5 d. əvvəl
- 9 d. əvvəl
-
14 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
19 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
38 d. əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 56 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
-
1 saat əvvəl
Kondisioner, TV, smartfon, soyuducu – Baku Electronics-də qiymətlər endi
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Ən çox oxunanlar
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
























