Dövlət Neft Fondu 11 milyard manatdan çox gəlir əldə etdiyini açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 milyard 698,3 milyon manat, büdcə xərcləri isə 4 milyard 499,4 milyon manat təşkil etmişdir.
6 AYDA GƏLİRLƏRİ 11 MİLYARD 211,4 MİLYON MANAT TƏŞKİL EDİB
Fonddan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 141,2 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 milyard 413,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil etmişdir.
AKTİVLƏRİ 10%-DƏN ÇOX ARTIB
2019-cu il iyunun 30-a ARDNF-nin aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,25% artaraq 42 milyard 463,7 milyon ABŞ dolları təşkil etmişdir.
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 25 d. əvvəl
- 41 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 47 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı





















