““Əkiz balanslar”da müsbət saldonun olması sabitlik üçün əsasdır”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji yol xəritələrinin 2019-cu ildə icra vəziyyətinə dair müzakirələrə start verilib. İlk olaraq “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə bu il görülən işlərin icraçı qurumlarla birlikdə müzakirəsi aparılıb.
Mərkəzdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndərilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi tədbirləri müzakirə edilib. Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.
V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsinə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılmasınının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 mln. manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 mln. manat və ya 20,6 faiz artıb.”
Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Statistika Komitəsi ASAN Xidmət və digər qurumların nümayəndələri iştirak edib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























