Kütləvi yığımına başlanılır, qiyməti 50-60 qəpikdir
Gələn həftədən etibarən Qubanın alma bağlarında kütləvi məhsul yığımına başlanılır.
Bu il bağlarda məhsuldarlıq yüksəkdir.
Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar. Bağlarda cərgə araları təmizlənib, meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib.
Təsərrüfatçı Şirin İlyasov, ilk növbədə, tezyetişən alma sortlarının məhsul yığımının başa çatdırıldığını, sentyabrın 15-dən isə kütləvi yığıma başlayacaqlarını bildirib. Qırx ilə yaxındır meyvəçiliklə məşğul olan bağban builki qiymətlərin də qənaətbəxş olduğunu söyləyir.
Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verir.
Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov bildirib ki, əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarıblar. Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir. Hazırda bağbanlar almanın bir kiloqramını keyfiyyətindən asılı olaraq 50-60 qəpiyə satırlar.
Məhsuldarlıq daha çox intensiv və superintensiv alma bağlarında müşahidə olunur. Müasir suvarma üsulunun tətbiqi və yeni növlərin ənənəvi bağlara nisbətən daha məhsuldar olması bağbanların bu sahəyə marağını artırıb.
Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.
Bağ sahəsi çox olan sahibkarlar meyvənin itkisiz yığılması üçün təsərrüfatlarına əlavə işçi qüvvəsi də cəlb edirlər. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.
Qubada 13 min 484 hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Ötən il rayonun alma bağlarından 125 min 418 ton məhsul toplanıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
30 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























