İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı yenilənib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytının (its.gov.az) məzmunu və dizaynı yenilənib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, saytın yeni versiyasının müasir dizaynla tərtib edilməsi ilə yanaşı, strukturuna da yeni bölmələr əlavə edilib.
Sayt hazırlanan zaman vətəndaşları Agentliyin fəaliyyəti və icbari tibbi sığorta sahəsi üzrə ən çox maraqlandıran məsələlər nəzərə alınıb.
Sayt əvvəlki qaydada Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.
4 səhifədən, 5 bölmədən və 27 altbölmədən ibarət olan saytda qurumun fəaliyyətinə dair xəbərlər və məlumatlarla tanış olmaq, habelə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əhalini maraqlandıran suallara cavab tapmaq mümkündür.
Saytın yuxarı panelində açar sözü yazıb lazım olan məlumatı əldə etmək məqsədilə axtarış bölməsi yaradılıb.
Birinci səhifədən “Sığortaolunanların hüquq və vəzifələri”, “Baza zərfi”, “İstisnalar zərfi” və “TƏBİB” adlı ümumilikdə 4 altbölməyə keçid etmək mümkündür. “Baza zərfi” altbölməsinə daxil olmaqla vətəndaşlar pilot ərazilərdə icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı ilə tanış ola bilərlər. “İstisnalar zərfi” altbölməsində isə baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin toplusu yer alır. “TƏBİB” altbölməsinə daxil olduqda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrinin siyahısı ilə tanış olmaq olar. Həmçinin birinci səhifədə vətəndaşlar “Elektron müraciət” xidmətindən istifadə edərək qurumun fəaliyyəti ilə bağlı təklif, ərizə və şikayətlə müraciət edə bilərlər.
Agentliyin fəaliyyəti ilə bağlı xəbərlər, press-relizlər, foto və video materiallar saytın ikinci səhifəsində mütəmadi olaraq yenilənir.
Növbəti səhifədə Agentlik haqqında ümumi məlumat, qurumun strukturu və filialları barədə informasiya öz əksini tapır.
Saytın sonuncu səhifəsində isə “Qanunvericilik” bölməsinə və “Ən çox verilən suallar” altbölməsinə keçid etmək mümkündür. Vətəndaşlar “Qanunvericilik” bölməsinə daxil olaraq normativ-hüquqi sənədlərlə tanış ola bilərlər.
Saytın aşağı panelində yerləşən “Abunə olun” xidməti vasitəsilə istifadəçilər qurumun fəaliyyəti ilə bağlı yayımlanan xəbərlər, elan olunan ən son vakansiyalar haqqında dərhal məlumat əldə edə bilərlər.
Bütün bunlarla yanaşı, sayt vasitəsilə Agentliyin rəhbər işçilərinin elektron ünvanlarını öyrənmək, qəbul günlərinin cədvəli ilə tanış olmaq və elektron şəkildə qəbula yazılmaq mümkündür.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
33 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























