67 milyon manatdan çox azaldı
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın 4 həyat sığortası şirkəti (PAŞA Həyat, Atəşgah Həyat, Qala Həyat və Xalq Həyat) tərəfindən həyatın yaşam sığortası növü üzrə 126 milyon 808 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67 milyon 361 min manat və ya 34,7% azdır.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində həyat sığortası şirkətləri tərəfindən həyatın yaşam sığortası növü 194 milyon 169 min manat sığorta haqları hesablanmışdı.
Azalma vergi sahəsində aparılmış dəyişikliklər ilə bağlıdır. Vergi sahəsində aparılmış dəyişikliklər nəticəsində həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma müşahidə olunur.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, bu növ üzrə ötən ilin 9 ayında 79 milyon 326 min manat təşkil etmiş sığorta ödənişləri, cari ilin eyni dövründə 79 milyon 726 min manata yüksəlib.
Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni azadolma sosial sığorta haqları üzrə də mövcuddur.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həyatınızı sığortaladırsınız, həm büdcəyə ödəyəcəyiniz verginin bir hissəsi sizə qalır, həm də yığılan vəsaitə görə investisiya gəliri də edirsiniz.
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisinin müəyyən hissəsi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və investisiya faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 d. əvvəl
-
-
24 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
37 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
42 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
-
1 saat əvvəl
Kondisioner, TV, smartfon, soyuducu – Baku Electronics-də qiymətlər endi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
Ən çox oxunanlar
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI


























