AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək
® Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” 27-28 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində təmsil olunacaq.
“AzerTelecom” şirkətinin Korporativ kommunikasiya şöbəsinin rəhbəri Əlimərdan Sultanovun bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak etməkdə məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, onlarla fikir və təcrübə mübadiləsinin aparılması, texnoloji yeniliklərlə tanış olmaq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir.
Sayca 12-ci olan “Türkmentel 2019” Telekom və İT Sənayesi sərgisində Avropa və Asiya qitələrindən olan müxtəlif şirkətlərin, eləcə də Türkmənistanın yerli İKT qurumlarının iştirakı gözlənilir. Sərgidə kommunikasiya və şəbəkə, rəqəmsal biznes həlləri, İT xidmətlər, informasiya texnologiyaları infrastrukturu və data mərkəz, ERP və data təhlil, təhlükəsizlik, tədqiqat və innovasiya, və s. sahələrdə məhsullar, xidmətlər və həllər təqdim olunacaq.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
8 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























