Azərbaycanda Oktyabrda 1800-dən artıq şirkət yaradılıb
2019-cu il noyabrın 1-i tarixinə ölkə üzrə uçotda olan 1.051.624 vergi ödəyicisinin 13,2 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür.
Bu barədə "Marja"ya Vergilər Nazirliyindən bildirlib.
Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb və bunun 99,3 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.
Cari ilin oktyabr ayında 1832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5 faiz çoxdur. Kommersiya qurumlarının 71,3 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi isə səhmdar cəmiyyəti formasında təşkil olunub.
Hesabat dövründə 67.380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir.
2018-ci ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5 faiz artaraq 32.820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19.744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5 faiz artıb və onların xüsusi çəkisi 2,6 faiz çox olub.
Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.
Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9 faizdən 88,7 faizədək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.
"Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə göstərilən geniş dövlət dəstəyi sahibkarlıq mühitinin inkişafına yeni təkan verib. Biznesə başlama ilə bağlı prosedurların sadələşdirilməsi, yeni qeydiyyat sistemlərinin tətbiqi sahibkarların fəaliyyətinin genişləndirilməsinə və vergi ödəyicilərinin sayının artmasına imkan verib",- Vergilər Nazirliyinin məlumatında deyilir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 d. əvvəl
-
-
19 d. əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 20 d. əvvəl
-
21 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
43 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
44 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Ən çox oxunanlar
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı





























