Biznes strategiyası şirkətlər üçün həyati önəm daşıyır
Günümüzdə fəaliyyət göstərən şirkətlərin demək olar ki, hamısının əsas özlərinə qoyduqları hədəf gəlirlərini artırmaqdır. Elə belə də olmalıdır. Lakin indiki zamanda təkcə şirkətin gəlirlərini artırması kifayət deyil. Önəmli olan şirkətin uzun müddət gəlir gətirə biləcək gücə sahib olmasıdır. Şirkətlər mümkün qədər tez, mümkün qədər çox gəlir əldə etməyə fokuslanarkən, şirkətin gələcəyi üçün həyati dərəcədə önəmli olan biznes strategiyası qurmağa o qədər də önəm vermirlər. Nəticə etibarilə də bir müddətdən sonra bəzi hədəflərindən uzaq düşür və əslində yekunda hədəflədikləri nöqtədən çox uzaqda qalırlar.
Strategiyanı “Əvvəlcədən müyyənləşdirilmiş bir hədəfi həyata keçirmə planı” olaraq ifadə edə bilərik. Digər bir ifadə ilə deyəcək olsaq, mövcudda olduğumuz A nöqtəsindən getməyi hədəflədiyimiz B nöqtəsinə çata bilmənin planıdır.
İş həyatında rəqabətin artması, şərtlərin daha da çətinləşməsinin nəticəsi olaraq biznes strategiyasının varlığı daha da önəm qazanmaqdadır. Uğurlu şirkətlərin arxasında uğurlu strategiyalar və bunların çox yaxşı bir formada həyata keçirmələri dayanmaqdadır. Şirkətlərin təyin etdikləri strategiyalar onların gələcəklərinə ciddi mənada təsir göstərməkdədir.
Biznes strategiyasının əsas hədəfini şirkəti vizyonuna aparacaq şirkət daxili bütün fəaliyyətləri tənzimləmək və bunun da nəticəsi olaraq satışdan gəliri artırmaq, qazanclılığı uzun müddətli etmək, şirkətin maddi vəziyyətini yaxşılaşdırmaq, səhm dəyərini artırmaq, bir işçiyə düşən gəliri tənzimləmək, resurs səmərəliliyini formalaşdırmaq, qazanclı müştərilərin sayını artırmaq, müştəri məmnuniyyəti səviyyəsini qaldırmaq, istehsal səviyyəsini yüksəltmək və s. kimi əsas meyarlar təşkil edir.
Biznes Strategiyasının Şirkətlər Üçün Önəmi
Vizyonunuza gedən yolda sizə istiqamət verir: Biznes strategiyası gedəcəyimiz yolu və oraya necə getməyimizi göstərən bir bələdçidir. Çətin vəziyyətlərdə və problemli anlarda önümüzü işıqlandırır.
Şirkət daxili bütün qeyri-müəyyənlikləri aradan qaldırır: İş həyatı ilə əlaqəli ən vacib problemlərdən biri də qeyri-müəyyənlikdir. Bir çox şirkət hara gedəcəyini və ora necə getməli olduğunu bilmir. Şirkətdə çalışan işçiləri də “hara gedirik” , “nə etməliyik” kimi suallar ən çox maraqlandıran suallardır. Bu suallara cavab tapdıqda isə başlarındakı qeyri-müəyyənlik aradan qalxır və şirkətə 2,3 dəfə daha çox faydalı ola bilirlər.
Qeyri-müəyyənlik stresin ən önəmli səbəblərindən biridir. Yaxşı bir biznes strategiya həm menecerlərin, həm də işəgötürənlərin stres səviyyələrini əhəmiyyətli dərəcədə azaldır. Nəticə olaraq da şirkət və çalışanlar gələcəyə daha inamla baxmağa başlayırlar.
Şirkəti rəqiblərindən fərqəndirir: Son zamanlarda bəzi böyük markaların iflasını görə bilirik. Bu iflasların əsas səbəblərindən şirkətlərin rəqiblərindən fərqlənə bilməməsi idi. Fərqlənə bilmədikləri və rəqiblərindən uzaqlaşa bilmədikləri üçün uduzaraq oyundan çıxırlar. Hər kəsin etdiklərini etməklə irəliləməyə çalışdılar. Nəticə olaraq da rəqiblərində geri düşdülər.
Biznes strategiyanın ən vacib üstünlüklərindən biri də onun vizyona gedən yolda şirkətə fərqli həll yolları təklif etməsidir. Çünki bura qədər artıq biz rəqiblərimizi, bazarı və özümüzü yaxşı analiz etmiş oluruq. Strategiya sayəsində unikal bir yol xəritəsi və düşüncə sisteminiz olacaqdır. Çünki hər kəs üçün həyata keçirilə biləcək ümumi bir strategiya yoxdur. Hər bir şirkətin strategiyası bir-birindən fərqlidir. Beləliklə strategiya şirkətə xasdır. Bu, şirkətin rəqiblərindən fərqlənməsinə və xüsusi bir yer qazanmasına kömək edir.
Dəyər qatır: Biznes strategiyası şirkətin ən önəmli güclərindən biridir. Şirkətə güc və dəyər qatan bir elementdir. Markanı orijinallaşdırır. Fərqli bir yerə gəlmək imkanı verir. İdeya strategiyanın mərkəzində dayanır. Yaxşı fikirlər güclü strategiyalarla birləşərsə, şirkəti hər mənada fərqləndirəcəkdir. Şirkəti, markanı müştərinin zehnində rəqiblərindən fərqli və ona lazım olan bir dəyərə çevirəcəkdir.
Məhsuldarlığı artırır: Strategiya məhsuldarlığın artırılmasına kömək edir. Strategiya ilə hara və necə getmək lazım olduğunu bilirsiniz. Lazımsız və yanlış yollarda addımlamır, hədəfinizə daha sürətli çatırsınız.
Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxa bilməsi üçün etməli lazım olduqları ən vacib amillərdəndir öz şirkətlərinin biznes strategiyasını formalaşdırsınlar.
Müəllif: Marja.az üçün biznes plan üzrə ekspert Cavid Abasov
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 54 d. əvvəl
- 3 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























