Kitab yazıb Yapon sərmayəçilərə Azərbaycanı tanıdır
Fevralın 8-də Tokionun Otemaçi rayonunda yerləşən “Fuji Sankei Hall” biznes mərkəzində təşkil edilən XI Dünya Aktivlərin İdarə Olunması Yarmarkasında Azərbaycanın investisiya imkanlarından danışılıb.
Bu barədə Yaponiyadakı bürosuna investisiyalar üzrə tanınmış ekspert, “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi kitabının müəllifi Kazuyasu İşida məlumat verib.
Bildirib ki, tanınmış iş adamı Şinobu Naito tərəfindən təşkil olunan yarmarkada əsasən yapon sərmayəçilər üçün maraqlı ola biləcək xarici ölkələr barədə məlumat verilir. Yarmarkada təqribən minə yaxın iş adamı iştirak edir.
Tədbir zamanı həmin ölkələrin iqtisadiyyatı, yerli qanunvericilik və bu ölkələrə investisiya qoyuluşu ilə bağlı seminarlar keçirilir.
Builki yarmarkada dörd seminar təşkil olunub və onlardan birincisi K.İşidanın təqdimatı ilə baş tutub. Həmin seminarda Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən nəhəng beynəlxalq layihələr, bu ölkəyə investisiya qoyuluşu ilə bağlı mövcud şərait, ölkə rəhbərliyi tərəfindən həyat keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycanın turizm obyektləri, mədəni-tarixi abidələri, əsrarəngiz təbiəti və əvəzedilməz mətbəxi barədə danışılıb.
Seminar çərçivəsində K.İşidaya məxsus “YouTube” kanalı barədə də məlumat verilib. Qeyd edilib ki, həmin kanalda Azərbaycan barədə yerləşdirilmiş videomateriallar ölkəmiz haqqında daha çox informasiya əldə etmək istəyənlər üçün maraqlı ola bilər.
Seminardan sonra K.İşidanın müəllifi olduğu “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi nəşrinin və “Dəyişmək üçün əla yol - bunu bacarmıram” kitabının müəllif tərəfindən imzalanması mərasimi keçirilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib























