“Fitch” Azərbaycan fondunun defolt reytinqini təsdiq etdi
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin “Fitch Ratings” Agentliyi (bundan sonra Agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.
Agentliyin yaydığı açıqlamada bildirilir ki, reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması dövlət ilə Fond arasında güclü əlaqənin olması barədə “Fitch”in dəyişməz mövqeyini əks etdirir.
Agentliyin "Hökumətlə əlaqəli qurumların reytinq meyarları"na əsasən, “Fitch”, dövlətin Fonda dəstəyini çox yüksək qiymətləndirir. Dövlətlə Fond arasındakı əlaqənin güclü olması və dövlətin Fonda dəstəyini nəzərə alaraq, “Fitch” Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.
Hüquqi status və idarəetmə çox güclü olaraq qiymətləndirilib. Fond qeyri-kommersiya publik hüquqi şəxsdir və dövlətə məxsusdur.
Dövlətin təşəbbüsü ilə Fondun mandatına ipoteka əməliyyatları ilə yanaşı, kiçik və orta sahibkarlığın dəstəklənməsi funksiyasının əlavə olunması Fondun dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində strateji əhəmiyyətini daha da artırıb.
Dövlətin Fonda dəstəyi güclü olaraq qiymətləndirilib
Yarandığı gündən etibarən Fond davamlı olaraq dövlətdən müxtəlif növ dəstək alır. Bura illik kapital daxilolmaları, dövlətdən transferlər və Mərkəzi Bankın Fondun istiqrazlarına təkrar bazarda likvidlik dəstəyi daxildir. Fond, həmçinin, ucuz maliyyələşmə, 2019-cu ildən başlayaraq gəlir vergisindən azad edilmə və əməliyyatlardan əldə etdiyi mənfəətdən istifadə etmə kimi dolayı dəstəyə malikdir.
Həm əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsi kimi ənənəvi seqmentini, həm də sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyalarının verilməsi kimi yeni fəaliyyətini nəzərə alaraq “Fitch” orta müddətli dövrdə də Fondun dövlət tərəfindən aldığı dəstəyin davamlı olacağını güman edir.
Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fond respublikada güzəştli ipoteka kreditlərini verən yeganə dövlət qurumudur və bank sektorunun zəif olduğu bir şəraitdə güzəştli ipoteka kreditini təmin edən hər hansı başqa qurum yoxdur.
Milli mənzil təminatı siyasətinin həyata keçirilməsində dövlət agenti olan Fond, ipoteka bazarına ucuz maliyyə resurslarını yönəldir və bununla da ipoteka kreditlərini əhaliyə əlçatan edir.
Fond daxili istiqraz bazarının Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra üçüncü ən böyük iştirakçısıdır.
Əməliyyat profili
"Fond dövlətin mənzil təminatı siyasətində əsas rol oynayır, çünki əhalinin yaşayış sahələrinə olan əlçatanlığını təmin etmək üçün uzunmüddətli ipoteka kreditlərinin bazar qiymətindən aşağı təklif olunması üçün mexanizm qurub. 2018-2019-cu illər ərzində Fond satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi proqramının tətbiqi istiqamətində işlər həyata keçirib. Bu proqram ipoteka kreditlərinə müraciət edə bilməyən, ilkin ödəniş etməyə kifayət qədər vəsaiti olmayan əhali üçün nəzərdə tutulub və proqramın cari ildə tətbiqi planlaşdırılır",- məlumatda deyilir.
Fond qeyri-kommersiya təşkilatı olmasına baxmayaraq, yaranandan bəri davamlı olaraq mənfəət əldə edib. Fondun hesablamalarına görə, 2019-cu il üçün kapitalın gəlirliliyi 3.8% və aktivlərin gəlirliliyi isə 1.9% olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
19 d. əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 22 d. əvvəl
-
1 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Ən çox oxunanlar
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir





















