ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
(®️) Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan “EY” şirkəti “EY İlin İş Adamı™” müsabiqəsinə növbəti dəfə start verib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı yönündə layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı da müsabiqəyə dəstək verir. Müsabiqənin daha bir sponsoru isə BP şirkətidir.
“EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir. “EY İlin İş Adamı™” müsabiqəsi ötən il ölkəmizdə də ilk dəfə Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə baş tutub. Yeni müsabiqədə iştirak etmək istəyən sahibkarlar, iş adamları, müəssisə rəhbərləri öz ərizələrini 21 noyabr 2020-ci ilədək proqramın təşkilat komitəsinə təqdim edə bilərlər.
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Müsabiqədə iştirak etmək istəyən şirkətin son iki il ərzində 300 min manatdan 30 milyon manatadək dövriyyəsi olmalıdır. Uyğunluq meyarları və proqramla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Ötən il “EY İlin İş Adamı™” müsabiqəsi ölkəmizdə ilk dəfə uğurla baş tutdu. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq onlayn həllərin köməyi ilə qalibin seçilməsi mümkün oldu. Azərbaycan Beynəlxalq Bankı bu il keçirilən müsabiqəyə də məmnuniyyətlə dəstək verir. Məqsədimiz sahibkarlara öz işgüzar əlaqələrini genişləndirmək, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaratmaqdır”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
37 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 38 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























