Silahlı Qüvvələrinə Yardım Fondu ləğv edildi, yeni Fond yaradıldı
Silahlı Qüvvələrə yardım Fondu ləğv edilərək Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Marja xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilib.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib.
Fərmanda bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
XXX
Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Ordusuna Yardım Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.
1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir (bundan sonra – Müdafiə Nazirliyi).
2. Fondun maliyyə mənbəyi
2.1. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
2.2. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
3. Fondun vəsaitindən istifadə istiqamətləri
3.1. Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:
3.1.1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;
3.1.2. hərbi texnika, silah və sursatın alınması;
3.1.3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;
3.1.4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;
3.1.5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;
3.1.6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.
3.2. Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.
4. Fondun vəsaitinin toplanması və istifadəsi
4.1. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra – Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.
4.2. Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.
4.3. Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.
4.4. Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulmuş əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.
4.5. Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirir.
5. Yekun müddəalar
5.1. Dövlət Xəzinədarlıq Agentliyi Fondun vəsaitindən istifadəyə və Fondun hesablarında qalan xərclənməmiş vəsaitə dair hesabatları ayda bir dəfə Müdafiə Nazirliyinə təqdim edir.
5.2. Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
7 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























