Bu təqaüdlər artırldı
Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Marja-nın məlumatına görə, fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün təsis edilmiş ayda 1500 (min beş yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdün məbləği 1800 manata qaldırılıb.
Müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və birinci növbədən digər qohumları olmayan baba və nənələrinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödəniləcək.
20 Yanvar şəhidlərinin ailələrinə təsis edilmiş aylıq təqaüdün məbləği 500 manata qaldırılıb
Eyni amanda Prezident İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılıb.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdü 300 manata qaldırılıb
Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 150 manatdan 300 manata qaldırılıb.
Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün məbləği 500 manata qaldırılıb
Digər bir Fərman ilə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün təsis edilmiş aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 300 manatdan 500 manata qaldırılıb.
Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 100 manatdan 130 manata qaldırılıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























