Azərbaycanda nəhəng mebel fabriki tikilir, 2500 nəfər işləyəcək
“Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxan mebellərimiz də var. “Saloğlu” mebel brendi məhz belə məhsullardandır.
“Saloğlu” mebel fabriki 2000-ci ildən fəaliyyətə başlamışdır. Əsas fəaliyyəti mebel istehsalı və satışı olan “Saloğlu” hazırda Azərbaycanın ən böyük müasir mebel istehsalçılarından biridir və bu müvəffəqiyyətini dünya səviyyəsinə çatdırmağı qarşıya hədəf qoyub. Şirkət dünyada tanınan bir marka kimi tanınmaq üçün uğurla irəliləyir, daim müştərilərinə keyfiyyətli məhsullar təqdim etmək üçün çalışır.
Mebel istehsalçıları içərisində özünəməxsus yeri olan “Saloğlu” mebel fabriki ölkənin ən böyük müəssisələrindən biri olmaqla yanaşı, həm də yeni avadanlıqların və texnoloji xətlərin quraşdırılması sahəsində seçilir. “Saloğlu” müəssisəsinin nəzdində yaradılan və oktyabrın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazax və Ağstafa rayonlarına səfəri zamanı açılışı olan “Modern” mebel fabriki bunu təsdiq edir.
"Marja"nın məlumatına görə, “Saloğlu” mebel fabrikinin təsisçisi Tacəddin Mustafayev bildirib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisə yüksək keyfiyyətli məhsul istehsal etmək üçün geniş texniki imkanlara malikdir. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Qazax və Ağstafa rayonlarının deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verəcək.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Tacəddin Mustafayev qeyd edib ki, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Venzana” mebel fabriki də yaradılacaq. Bu fabrik 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulur. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası planlaşdırılır. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.
“Bizim üçün fəxrdir ki, bu fabrikin təməlini Qazax və Ağstafa rayonlarına səfəri zamanı Prezident İlham Əliyev qoydu və xeyir-duasını verdi”.
“İDXALDA MÜƏYYƏN GÜZƏŞT OLUNMALIDIR”
Sahibkrın sözlərinə görə, “Saloğlu” mebel fabrikinin yeni istehsal sahələrinin yaradılması göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan yaradır:
“Azərbaycanın mebel sənayesini inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Bunun üçün müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, istehsalda istifadə olunan yan sənaye məhsullarının idxalında sahibkarlara müəyyən güzəştlər olunmalıdır. Eyni zamanda idxal olunan həmin komponentlərin yerli istehsalçılar tərəfindən istehsalının təşkili stimullaşdırılmalıdır”.
“KOMPONENTLƏRİN İDXALINI 30 FAİZƏ ENDİRƏCƏYİK”
Eyni zamanda idxal olunan həmin komponentlərin yerli istehsalçılar tərəfindən istehsalının təşkili stimullaşdırılmalıdır:
“Təsadüfi deyil ki, ötən il “Saloğlu” mebel müəssisəsində olarkən cənab İlham Əliyev bu məsələ ilə xüsusi maraqlandı. Hazırda biz komponentlərin 70 faizini xarici ölkələrdən idxal edirik. Lakin Prezident İlham Əliyev bu məhsulların da ölkəmizdə istehsalını tövsiyə etdi. Xaricdən idxal etdiyimiz komponentlərin həcmini azaltmaq üçün layihə və planlar hazırlamışıq. Əgər layihə uğurla icra edilsə, xaricdən idxal etdiyimiz komponentlərin həcmini 30 faizə endirəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
5 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
5 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























